Əhər zindanında aksiya: Onlarla məhbus açlığa başladı

22.11.2021, 12:42

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərinin zindanında saxlanılan məhkumlar aksiyaya başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Onlar insan haqlarının pozulmasına, zindanda hökm sürən ağır şəraitə, həmçinin məhbuslara qarşı qeyri-insani davranışa etiraz edirlər.

Noyabrn 20-dən aksiyaya onlarla məhbus qoşulub.

Sosial mediada yayılan məlumata görə, aclıq aksiyasına əl atan məhbusların sayı 20-dən çoxdur.

Məhbuslar zindan məsullarının onlara qarşı təhqiramiz davrandığını, məzuniyyət hüququndan istifadə etmələrinə icazə verilmədiyini və hüquqlarını tələb edənlərə qarşı amansızlıq nümayiş etdirildiyini bildiriblər.

Qeyd edək ki, İran zindanlarında məhbuslara qarşı qəddar münasibətlə bağlı çoxsaylı faktlar mövcuddur.

BMT-nin İnsan Haqları Ali Komisarlığı, Beynəlxalq Əfv Təşkilatı və başqa beynəlxalq qurumlar bununla bağlı dəfələrlə məsələ qaldırıblar.

Son olaraq noyabrın 17-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası İranda insan haqlarının kobud və sistematik şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib.

Xatırladaq ki, bir müddət öncə, avqustun 30-da Əhər zindanda Hadi Əttarzadə adlı məhkum şallaq vurulması nəticəsində həyatını itirib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Kiber məkana nəzarətin əleyhinəyəm”- Urmulu millət vəkili

2021-11-27

gun az article

Qərbi Azərbaycan sərhədində silah-sursat aşkar edilib

2021-11-27

gun az article

Təbrizdə meyvə-tərəvəz satıcıları aksiya keçirib-VİDEO

2021-11-27

gun az article

Təbrizdə aksiya: İşçilər etiraza başladı

2021-11-27

gun az article

Qərbi Azərbaycanda on minlərlə hektar əkin sahəsi məhv olmaq üzrədir

2021-11-27

gun az article

Həmədanda narazılıq: Xalçaçılar sığorta xidmətindən yararlana bilmir

2021-11-27

gun az article

Tufarqanın sənaye şəhərciyində güclü yanğın baş verib

2021-11-27

gun az article

Həmədanda İran hərbçisi öldürülüb

2021-11-27

gun az article

Zənganda quraqlıq davam edir- Bəndlərdə suyun həcmi kəskin azalıb

2021-11-27

gun az article

"Türkdilli mediaya və türk dilində yazılan əsərlərə dəstək verin"-Güneyli deputat nazirliyə çağırış etdi

2021-11-27

gun az article

Təbrizli fəalı döyən kəşfiyyatçılara qarşı həbs qətimkan tədbiri ləğv edilib-Ruzbeh Piri etiraz məktubu yazdı

2021-11-27

gun az article

Qoşaçayda məktəb çatışmazlığı yaşanır

2021-11-26

gun az article

Ərdəbilli uşaqların əsərləri Yaponiyanın beynəlxalq rəsm müsabiqəsində nümayiş olunacaq

2021-11-26

gun az article

Qərbi Azərbaycanda toyuq əti qıtlığı yaşanır

2021-11-26

gun az article

Horandda qanunsuz tarixi əşya qaçaqmalçıları həbs edilib

2021-11-26

gun az article

Həmədanda Səlcuqlu və Elxanlılar dövrünə aid qiymətli tarixi əşyalar tapıldı

2021-11-26

gun az article

Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib -Divarlara şüarlar yazılıb-FOTOLAR

2021-11-26

gun az article

Həmədanda çörəyin qiyməti kəskin bahalaşdı

2021-11-26

gun az article

Hökumətin laqeydliyi üzündən Təbrizdə tarixi “Bağırxanın evi" yox olmaq üzrədir

2021-11-26

gun az article

Güneyli aktyordan azərbaycanlılara müraciət: "Türkçə çəkilmiş filmlərə dəstək olun"

2021-11-26