SON XƏBƏRLƏR

Əhərdə fermerlər etiraz aksiyası keçiriblər

2022.04.18, 11:50
Əhərdə fermerlər etiraz aksiyası keçiriblər

Gunaz.tv

Kənd Təsərrüfatı İdarəsinin qarşısına toplaşan narazılar fəaliyyətlərini davam etdirmək üçün lazım olan məhsulları əldə edə bilmədiklərini deyiblər.

Etirazçılar müxtəlif bölgələrdən gəldiklərini və hər dəfə müxtəlif bəhanələrlə əli boş yola salındıqlarını deyib.

Problemlərinin həlli ilə bağlı heç bir addım atılmadığından narazılıqlarını bildiriblər.

Fermer və əkinçilər onlar üçün qanunla nəzərdə tutulmuş kvotanın qara bazara ötürüldüyünü, buna nəzarət etməli olan qurumların tədbir görmədiklərini söyləyiblər.  

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar