SON XƏBƏRLƏR

Əhərdə məktəb çatışmazlığı-Problemin həllinə xeyriyyəçilər cəlb edilib

2021.10.20, 07:36
Əhərdə məktəb çatışmazlığı-Problemin həllinə xeyriyyəçilər cəlb edilib

Gunaz.tv

Təhsil nazirliyinin yerli nümayəndəlikləri çatışmayan yeni təhsil ocaqlarının tikintisi, köhnələrin təmiri üçün vəsaitlərinin olmadığını deyirlər.

Bu üzdən yerli xeyriyyəçilər bu problemin aradan qaldırılması üçün şəxsi vəsaitləri hesabına yeni məktəblər inşa etdirir, istifadəyə yararsız məktəblərin yenidən qurulması xərclərini öz üzərlərinə götürürlər.

Sentyabrın 28-də Əhərin Allı kəndində xeyriyyəçilərin inşa etdiyi yeni məktəbin açılış mərasimi olub.

Mərasimdə çıxış edən Əhər şəhərinin Təhsil İdarəsinin başçısı Nasir Fəthipur bölgədə təhsil ocaqlarının çatışmadığını qeyd edib. 

“Əhərli xeyriyyəçilər yeni təhsil ilində çatışmayan məktəblərin tikintisi üçün ayırdıqları vəsait hesabına daha 28 təhsil ocağının tikintisini nəzərdə tutmuşdular. Onlardan ikisinin açılışı olub, üçünün açılışı qarşıdakı həftə baş tutacaq və daha 23 məktəbin isə tikinti işləri davam edir”-deyə, Təhsil İdarəsinin başçısı bildirib.

Məktəbin açılışı ilə eyni vaxtda xeyriyyəçilər daha 2 min məktəblinin məktəb ləvazimatlarını öz vəsaitləri hesabına təmin ediblər.

C.E   
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar