SON XƏBƏRLƏR

Əhərdə milli fəal Əyyub Əbülzadə həbs olunub

2022.06.07, 08:40
Əhərdə milli fəal Əyyub Əbülzadə həbs olunub

Gunaz.tv

Fəalın həyat yoldaşı Sara Xudakərəmi özünün instaqram sosial media hesabında həbslə bağlı paylaşım edib.

“Həbsin səbəbləri barədə məlumat verilməsədə, Əyyubun bundan öncə 2015-ci ildə İran televizyasının “Fitilə” verilişində azərbaycanlıların təhqir edildiyinə görə etiraz aksiyalarına qoşulduğu üçün 10 ay həbs cəzasına məhkum edilməsi ilə bağlı olduğu ehtimal edilir”-deyə, Sara Xudakərəmi yazıb.

Əkbər Abülzadə Əhərdə anadan olub və inşaat mühəndisliyi fakültəsini bitirib. O, 12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün saxlanılıb.

Milli fəal 1 sentyabr 2018-ci ildə Bəhlül Əlizadənin başçılıq etdiyi Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin son qərarı ilə 10 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar