SON XƏBƏRLƏR

Əhərin fərmandarı bölgə mədənlərinin talanmasına etiraz edib

2022.05.02, 12:05
Əhərin fərmandarı bölgə mədənlərinin talanmasına etiraz edib

Gunaz.tv

O, bildirib ki, bu mədənlərin istismarı yerli əhaliyə heç bir xeyir vermir.

Əbülfəz Qənizadə mədən istismarçılarının bölgədə infrastrukturun yaxşılaşdırılması ilə bağlı verdikləri vədlərinə əməl etmədiklərini və bu səbəbdən əhərlilərdə onlara qarşı inamsızlıq yarandığını söyləyib.

"Mədənlərə məxsus ağır texnikaların yolları dağıtması iki qat problem yaradıb və əldə edilən gəlirlərdən yolların təmiri və bərpası üçün heç bir vəsait ayrılmır"-deyə,  Əbülfəz Qənizadə bildirib.

Qeyd edək ki, Əhər bölgəsində yerləşən Anqut mis mədəni və qızıl mədənləri yerli olmayan şirkətlər tərəfindən istismar edilir və güney Azərbaycanın başqa mədənləri kimi əldə edilən konsantrantlar xammal şəklində Kirman başda olmaqla İranın fars dilli mərkəzi əyalətlərinə daşınır.

Timur

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar