SON XƏBƏRLƏR

Əhərin Əncird mədənində partlayışlar ətraf kəndlərə ciddi ziyan vurub-VİDEO

2021.11.08, 13:20
Əhərin Əncird mədənində partlayışlar ətraf kəndlərə ciddi ziyan vurub-VİDEO

Gunaz.tv

Məlumata görə, bu partlayışlar ciddi xəsarətlərə səbəb olub.

Mədənlərin istismarı ilə bağlı qəbul edilən qaydalara zidd istismar və həyata keçirilən partlayışlar nəticəsində ətraf kənd evlərində çatlar əmələ gəlib, əkin və bağ sahələri, su qaynaqları məhv edilir.

Partlayış və qeyri-standart istixracdan xüsusilə əziyyət çəkən Əncird kəmdimim əhalisi noyabrın 6-da baş verən partlayışların görüntülərinin sosial mediada yayaraq ətraf mühit fəlllarından, məsul məqamlardan bunun qarşısının alınmasını istəyiblər.

Onlar bu sayaq qaydasız istixracın davam edəcəyi təqdirdə ətraf bölgələrdə, özəlliklə Əncird kəndində yaşayan əhalinin öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalacaqlarını qeyd ediblər.

Məsələ ilə bağlı tanınmış ekoloq Əhməd Bayburdi sosial mediada paylaşım edərək ekoloji problem barədə xəbərdarlıq edib.

“Bu gün televiziyada Əncird mis mədənində baş verən partlayışlarla bağlı videoları gördüm. Qaydalara əsasən mədən partlayış baş verən ərazilərlə kənd arasında ən azı 800 metr ara olmalıdır.

Burada bu qayda riayət olunmadığı üçün partlayış nəticəsində havada əmələ gələn tozlar kənd ərazisinə yayılır, bölgə əhalisində tənəffüs problemlərinin və başqa bu sayaq xəstəliklərin yaranmasına səbəb olur”-deyə ekoloq yazıb.

C.E  


 

İran hökumətindən absurd qərar: Urmu gölünün bərpası gənc tələbəyə  tapışırılıb

Əhməd Bayburdi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar