SON XƏBƏRLƏR

Əhərli fəal Saleh Molla Abbasi məhkəməyə çağırılıb

2022.09.28, 09:25
Əhərli fəal Saleh Molla Abbasi məhkəməyə çağırılıb

Gunaz.tv

Çağırışda onun nədə ittiham olunduğu barədə heç bir açıqlama verilmədən məhkəməyə getməyəcəyi təqdirdə məmurlar vasitəsilə cəlb olunacağı barədə xəbərdarlıq edilib.

Sentyabrın 25-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Saleh Molla Abbasinin evinə basqın edib, özü evdə olmadığı üçün onun ailə üzvlərini döyüb və təhqir ediblər.

ETTELAAT məmurları Saleh Molla Abbasinin evində axtarış aparıb, ona məxsus kompüter, telefon və başqa şəxsi əşyaları özləri ilə aparıblar.

Qeyd edək ki, adı çəkilən fəal bundan öncədə dəfələrlə təqib, təzyiqlərə məruz qalıb və həbs edilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar