SON XƏBƏRLƏR

Əhərli fəal Saleh Molla Abbasi həbs edilib

2022.10.11, 04:39
Əhərli fəal Saleh Molla Abbasi həbs edilib

Gunaz.tv

Fəalın həbsinin səbəbi və hara aparıldığına dari məlumat verilməyib.

Bundan öncə sentyabrın 25-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Saleh Molla Abbasinin evinə basqın edib. 

Məmurlar özü evdə olmadığı üçün onun ailə üzvlərini döyüb və təhqir ediblər.

ETTELAAT məmurları Saleh Molla Abbasinin evində axtarış aparıb, ona məxsus kompüteri, telefonu və başqa şəxsi əşyaları özləri ilə aparıblar.

Qeyd edək ki, adı çəkilən fəal bundan öncədə dəfələrlə təqib, təzyiqlərə məruz qalıb və həbs edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar