SON XƏBƏRLƏR

Əhərli fəallar barədə ittiham aktı tərtib edilib

2023.01.02, 09:59
Əhərli fəallar barədə ittiham aktı tərtib edilib

Gunaz.tv

Onlar barəsində aktı Əhər Ümumi və İnqilab Prokurorluğu tərtin edərək baxılması üçün məhkəməyə göndərib.

Tanınmış fəal Saleh Molla Abbasiyə qarşı "ölkənin milli təhlükəsizliyinə xələl gətirmək üçün vətəndaşları qarşıdurmaya təhrik etmək", "rəhbəri təhqir etmək", "xarici düşmən dövlətlərlə əməkdaşlıq" və "yalan məlumatlar yaymaq" ittihamları irəli sürülüb.

Başqa iki xanım fəal barədə hansı ittihamların irəli sürüldüyü barədə hələlik məumat verilməyib.

Xatırladaq ki, milli fəal Saleh Molla Abbasi oktyabrın 9-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib və 9 noyabrda 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından azad edilib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar