SON XƏBƏRLƏR

HAARTZ: “Qərb təhlükəsizlik orqanları Malaziyanın İranın fəaliyyət mərkəzinə çevrildiyini bildirirlər”

2021.10.20, 07:36
HAARTZ: “Qərb təhlükəsizlik orqanları Malaziyanın İranın fəaliyyət mərkəzinə çevrildiyini bildirirlər”

Gunaz.tv

GünAz TV: İsrailin HAARTZ bu gün yaydığı məlumatda Qərb təhlükəsizlik orqanlarına istinadən Malaziyanın İranın yeni fəaliyyət platformasına çevrildiyi barədə məlumat dərc edilib.

 

İran bundan əvvəl Afrika ölkələrində fəaliyyətə yönəlmişdi, lakin son vaxtlar ölkə xaricindəki fəaliyyətlərini Malaziyada həyata keçirir.

 

Qəzetin məlumatına görə, əsasən turizm üçün əlverişli olan Malaziya həm də İsrailə qarşı düşmənçilik hissi bəsləyən şəxslər və ya qruplarla təmaslar qurmaq üçün münasib məkandır. İran da bu ölkədə həmin şəxslərlə əlaqələr yaratmaq üçün Afrikadakı fəaliyyətlərinə burada davam edir.

 

Məlumatda həmçinin Həmas təşkilatının üzvlərinin də Malaziyada İran xüsusi xidmət orqanları əməkdaşları ilə birgə fəaliyyət göstərdiyi qeyd edilir.

 

Xatırladaq ki, İran son aylara qədər müxtəlif terror hücumları və digər fəaliyyətləri həyata keçirmək üçün Afrika ölkələrində geniş casusluq şəbəkələri yaratmışdı. Bu şəbəkələrin bəzi üzvləri həbs olunduqdan sonra İran bu fəaliyyətlərini davam etdirmək üçün Malaziya istiqamətinə yönəlib. Bir neçə gün öncə Keniya Ali Məhkəməsi bu ölkədə partlayıcı maddələrlə birgə həbs olunmuş “Sepah”ın “Qüds Briqadası”nın 2 üzvünə qarşı terrorizm ittihamı ilə çıxarılmış məhkəmə qərarını qüvvədə saxlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar