SON XƏBƏRLƏR

Mühacir kürdlər Sulduzda kəndliləri atəşə tutub

2022.06.28, 06:49
Mühacir kürdlər Sulduzda kəndliləri atəşə tutub

Gunaz.tv

Kəndlilərin verdiyi məluamta göprə, silahlılar motosikletlə kəndə gələrək yerli əhalinin bir neçəsinə atəş açıb və iki əkinçini yaralayıblar.

Yaralananlardan birinin Əlirza Purəli adlı kənd sakini olduğu deyilir. Purəli qarın və bud nahiyəsindən güllə yarası alıb.

İyunun 27-i axşam saatlarına qədər polis və ya başqa ilgili dövlət qurumlarının məsələ ilə bağlı hər hansı tədbir görmədiyi, cinayətkarların saxlanılması istiqamətində heç bir addımın atılmadığı bildirilir.

Bir neçə gün bundan öncə Qərbi Azərbaycan əyalətinin Ağcaqala kəndinin əhalisi də etnik mühacir kürdlərin onları silah və zor gücünə bölgədən deportasiya etməyə çalışdığını bildirmişdi.

Kəndlilər Ağcaqala ətrafına sonradan yerləşən mühacirlərin əsasən silah və narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu, yerli əhalinin əkin və bağ sahələrinə xəsarət yetirdiyini, bölgə əhalisini təhdid edərək oradan köçmələrinə çalışdığınıı deyiblər.

Qeyd edək ki, uzun illərdir İran hökuməti və etnik mühacir kürdlər Qərbi Azərbaycan əyalətinin adının dəyişdirilərək “Urmiya əyaləti" qoyulmasına çalışırlar.

Bundan öncə İranın keçmiş prezidenti Həsən Ruhaninin əyalətə səfəri zamanı “Urmiya əyaləti" ifadəsini işlətməsi geniş etirazlara səbəb olmuşdu.

Bununla yanaşı əyalətinin güney bölgələrində, Soyuqbulaq şəhəri də daxil olmaqla  “Mahabad” və ya “Məkriyan” adlı yeni kürd əyalətinin yaradılması planlaşdırılır. 

Bu, Güney Azərbaycan türklərinin bir sıra türk millət vəkillərinin sərt reaksiyası nəticəsində gecikdirilsə də, bu yöndə fəaliyyət davam etdirilir.

Bir müddət bundan öncə Soyuqbulaq şəhərinin İran parlamentindəki kürd nümayəndəsi Calal Mahmudzadə Qoşaçay mahalının 30 kəndinin Soyuqbulağın tabeliyinə verilməsini istəyib.

İranın Dövlət Radio və Televiziyasının rəsmi internet saytında Qərbi Azərbaycan şəhəri olan Mahabad (Soyuqbulaq) əyalətlər sırasında ayrıca bölgə kimi yazılması hökumətin Qərbi Azərbaycanın kürdləşdirilməsi prosesində maraqlı olduğunu göstərir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar