SON XƏBƏRLƏR

Hadi Bahaduri Bakıda Urmu gölü böhranı haqda danışıb

2021.10.20, 07:36
Hadi Bahaduri Bakıda Urmu gölü böhranı haqda danışıb

Gunaz.tv

GünAz TV: “İranın ən böyük daxili, dünyanın isə ən böyük duzlu gölü olan Urmu gölü yaxşı vəziyyədə deyil. 52 min kvadrat kilometr əraziyə malik olan Urmu gölünün quruması nəticəsində əkinçilikdə istifadə olunan suvarmaya mənfi təsir göstərib”. 

 

Azərbaycan mətbuatında yhayılan məlumata görə, bu sözləri İranın nümayəndə heyətinin Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı çərçivəsində “Danışıq vaxtı bitdi: gələcək nəsillər üçün iqlim ədaləti” mövzusunda keçirilən sessiyasında çıxış edən Urmiyənin millət vəkili  Hadi Bahaduri deyib.

 

O bildirib ki, yaxınlıqda olan su anbarlarının təchiz edilməsi, su quyularının qazılması, tarlaların bağlara çevrilməsi kimi məsələlər, suyun daha çox istifadə olunması Urmu gölünün quruması kimi ekoloji fəlakətə gətirib çıxarıb: “Urmu gölünün yenidən qurulması, dirçəlməsi istiqamətində artıq 6 ildir ki, İran tərəfindən işlər həyata keçirilir. Səylərin müvəffəqiyyətli, uğurlu olması üçün bu məsələdə gənclər fəal iştirak etməlidirlər. Gənclər bu sahəyə bəhrəsiz qalmamalıdır. Konfrans iştirakçılarını İranı və Urmu gölünü görməyə dəvət edirəm. Eləcə də Urmu gölünün yenidən dirçəlməsi ilə bağlı təkliflərinizə ehtiyac var”.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar