SON XƏBƏRLƏR

Hadi Bahaduri Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi ilə mübahisə edib: “Siz burada qonaqsınız...”

2021.10.20, 07:36
Hadi Bahaduri Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi ilə mübahisə edib: “Siz burada qonaqsınız...”

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycanda nümunəvi fəhlələrinin fəaliyyətinin təqdir olunduğu tədbirdə Urmiyənin İran Parlamentindəki millət vəkili Hadi Bahaduri və Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari arasında mübahisə yaranıb, millət vəkili valinin Qərbi Azərbaycanda qonaq olduğunu bildirib.

 

Hadi Bahaduri fəhlə və zəhmətkeşlər gününü təbrik edərək iqtisadi gərginliyə görə hökumət və bütün rəsmi şəxslər tərəfindən əhalidən üzr istəyib.

 

“Təəssüflə ölkədə heç bir iqtisadi proqram yoxdur. Biz yalnız fürsətləri təhdidə çevirməklə məşğuluq. Bir yerdə hər hansı müsbət iş görülərsə, onu həmən öz adımıza çıxırıq.

Bəziləri bu il ixracatın artdığını iddia edir. Bunun üçün ölkədə kartof və soğanı satmırlar, bunun nəticəsində ölkədaxilində bazar iflic vəziyyətə düşüb. Bizim hətta 20 günlük bir iqtisadi proqramımız yoxdur. Lakin hamı elə danışır ki, sankı dünyanın ən güclü ekonomistləri belə onlara çata bilməz. Əmələ gəldikdə isə kartof, soğan və noxud bazarını tənzimləyə bilmirik. Hal-hazırda tonlarla noxun Urmiyə bazarında qalanıb, bu məhsulun sahibləri pis vəziyyətə düşüb.

Sərmayə yatırımı sahəsində də vəziyyət belədir. Misal üçün, türkiyəli bir iş adamı pizza bişirmək üçün bir neçə il əvvəl Urmiyədə sərmayə yatırıb, lakin yanlış qanunların ucbatından hələ də işə başlaya bilməyib və artıq bölgəyə sərmayə yatırmaqdan pəşiman olub. Cənab Murtazın Urmiyədə yük avtomobilinin istehsalı ilə bağlı yaşadığı problemlər də bu sıradandır.”- deyə o bildirib.

 

Hadi Bahaduri

 

Azərbaycanlı millət vəkili  sözlərinin arasında İran Statestik Mərkəzinin məlumatına istinad edərək Qərbi Azərbaycanda işsizlik səviyyəsinin hicri-şəmsi təqvimi ilə 1397-ci ildə (hazırda İranda 1398-ci ildir) 1396-cı ilə nisbətən 3 faiz artığını deyib. Hadi Bahaduri bu məsələyə toxunduqdan sonra Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari onun çıxışına müdaxilə edib və millət vəkilini yalan danışmaqda günahlandırıb. Vali bildirib ki, bu rəqəm 1395-ci ilinə nisbətdə 1396-ci ilinə aiddir.

 

Hadi Bahaduri valinin cavabında deyib ki, siz 3 dəfə Qərbi Azərbaycanı, Şərqi Azərbaycan adlandıran müavininizə xəbərdarlıq etmirsiniz. İndi məni yalançılıqda ittiham edirsiz. Tutaq ki, 95-ın yerinə 96 demişəm, burada nə problem varki!

Bundan sonra millət vəkili tədbir iştirakçıları tərəfindən alqışlanıb.

 

Hadi Bahaduri sözlərinin davamında yerli olmayan kürd kökənli valini qonaq adlandırıb: “Siz bizim əyalətdə qonaqsınız. Qonaq kimi öz hörmətinizi saxlayın”

 

Məhəmməd Mehdi Şəhriyari

 

Məhəmməd Mehdi Şəhriyari millət vəkilinin bu sözünə “mən hakiməm” sözü ilə cavab verib. Hadi Bahaduri isə “xeyir, siz hakim deyilsiniz, xadimsiniz"- deyə onun cavabında qeyd edib.

 

https://www.youtube.com/watch?time_continue=7&v=qQXOAft_LnY

 

Məhəmməd Mehdi Şəhriyari isə öz çıxışında millət vəkilinin dediyi sözlərə işarə edib. O Hadi Bahadurinin dilə gətirdiyi iradlara ayrı-ayrılıqda cavab verməyə çalışıb. Vali, Hadi Bahadurinin Şəhər Şurası, Valilik və Urmu Gölünü Canlandırma Mərkəzində çalışdığı illəri xatırladıb, onu həmin illərdə maliyyə pozuntularına yol verməkdə ittiham edib. Məhəmməd Mehdi Şəhriyari bildirib ki, mənimsəməkdə şübhəli bilinən daha bir neçə nəfərin adını açıqlayacaq.

 

Qarşılıqlı ittihamlarla keçən tədbirin sonunda Qərbi Azərbaycanın nümunəvi fəhlələrinə təqdir və təşşəkkür lövhəsi təqdim olunub.

 

Qeyd edək ki, Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Bölgəyə sırınan vali hər zaman Azərbaycana qarşı sərgilədiyi radikal mövqeyi ilə seçilib.

Məhəmməd Mehdi Şəhriyari radikal mühacir kürdləri önəmli postlara təyin etməsi, Azərbaycan komandalarından fərqli olaraq kürd idman komandalarına dəstək verməsi və bölgənin kürdləşdirilməsi prosesində böyük rol oynaması ilə dəfələrlə Azərbaycan mətbuatının gündəminə düşüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar