SON XƏBƏRLƏR

Hadi Bhaduri təhmil olunmuş valiyə xitabən dedi: Tarix və kimliyə diqqət yetirmədən inkişaf etmək mümkün deyil – VİDEO

2021.10.20, 07:36
Hadi Bhaduri təhmil olunmuş valiyə xitabən dedi: Tarix və kimliyə diqqət yetirmədən inkişaf etmək mümkün deyil – VİDEO

Gunaz.tv

GünAz TV: Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri Qərbi Azərbaycanın təhmil olunmuş kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyariyə xitabən bildirib ki, tarix və kimliyə diqqət yetirmədən inkişaf etmək mümkün deyil.

 

O bu barədə Urmiyənin Qazi Təbatəbayi Universitetində öyrəncilərin qarşısında çıxış edərkən danışıb.

 

Söhbətinin əvvəlində Urmu gölü böhranına işarə edən millət vəkili sonra bölgəni təhdid edən məsələlərə toxunub.

“Heç bir millət mədəni, ictimai, tarixi və kimlik parametrlərinə diqqət yetirmədən inkişaf etməyib və etməyəcək. Məgər tarixə baxmadan, keçmişdən dərs almadan gələcəyi planlaşdırmaq mümkündür?!

Biz bilməliyik ki, haralardan ziyan görmüşük. Keçmişdə bizim şəhərə göz tikən çoxlu düşmənlər olub. İndi də elədir, hələ də çoxları plan cızır. Lakin əmin olsunlar ki, bu xəyyalları özləri ilə qəbirə aparacaqlar”- deyə o bildirib.

 

https://www.youtube.com/watch?time_continue=9&v=BYlW8JgF7hk

 

H.Bahaduri ötən həftə də M.M.Şəhriyarinin Ciloluq qətliamı ilə bağlı qərəzli çıxışına etiraz olaraq oxşar açıqlama ilə çıxış etmişdir.

 

XX əsrin əvvəllərində birinci dünya müharibəsinin sonlarında erməni, asuri və talançı kürd dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiyə, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiblər. Kütləvi qırğın zamanı onminlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Bu tarixi hadisə, “Ciloluq faciəsi” kimi tarixə düşüb.

 

M.M.Şəhriyari dekabrın 6-da Ciloluq qətlimanını inkar edərək onu dəyərsiz hadisə adlandırıb. Mövzu ilə bağlı Tehran universitetində öyrəncilərin qarşısında çıxış edən vali bu məsələnin gündəmə gətirilməsini Qərbi Azərbaycanın inkişafına mane olduğunu bildirib.

 

Ötən günlərdə Urmiyənin millət vəkilləri Nadir Qazipur, Hadi Bahaduri və Ruhulla Həzrətpur, Urmiyə Şəhər Şurasının bəzi üzvləri, bir sıra yazıçılar və Azərbaycan Milli Hərəkatının fəalları bu məsələyə öz kəskin etirazlarını bildiriblər.

 

M.M.Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Anti-Azərbaycan mövqeyi ilə tanınan M.M.Şəhriyari İran rejimi tərəfindən Qərbi Azərbaycan əhalisinə təhmil olunub.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar