SON XƏBƏRLƏR

Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub

2021.10.20, 07:36
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub

Gunaz.tv

GünAz TV: Ötən günlərdə benzinin qiymətinin bahalaşması ilə İran və Güney Azərbaycan şəhərlərində başladılan kütləvi etiraz aksiyaları hələ də səngiməyib, rejim önləyici tədbirlər almağa davam edir.

 

Son məlumata görə, Güney Azərbaycanın “Traxtur” futbol komandasının iki gün sonra Təbrizdə keçirəcəyi görüş ləğv olunub. Bu barədə Futbol Federasiyası və Liqa Təşkilatı qərar verib. Xəbər yerli məsullar tərəfindən elan olunub.

Hələlik “Traxtur”-“Şəhr-i Xodro” görüşünün nə zaman keçiriləcəyi elan olunmayıb.

 

Diktator rejimin məsulları bu qərarı görüşün keçirilməsi üçün lazımi şəraitin olmadığı ilə izah ediblər.

 

Bu həftə keçirilməsi gözlənilən “Gül Gövhər”-“Maşınsazi”, “Pars Cənubi”-“Peykan” və “Sənət Neft”-“Sepahan” görüşləri də ləğv olunub.

 

Bundan əvvəl super liqa yarışlarının 11-ci həftəsində “Traxtur” klubunun “Şəhr-i Xodro”nu Təbrizin səhənd stadionunda qəbul edəcəyi elan olunmuşdur. Oyun cümə gün, noyabrın 22-i Təbriz vaxtı ilə saat 15:30-da keçirilməli idi.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar