SON XƏBƏRLƏR

Haniyə: İsraili əsla tanımayacağıq

2021.10.20, 07:36
Haniyə: İsraili əsla tanımayacağıq

Gunaz.tv

Haniyə: İsraili əsla tanımayacağıq

Günaz TV: Qəzzədəki Fələstin hökumətinin Baş naziri İsmayıl Haniyə, İran İslam İnqilabının 33-cü il dönümü səbəbindən Tehrandakı Azadı meydanında təşkil edilən mərasimdə iştirak elədi. Yüz minlərlə adamın hüzurunda İran Respublika başçısı Mahmud Əhmed Nejat ilə əl-ələ kürsüyə çıxaraq nitq söylədi: “Müqəddəs Fələstin torpaqlarını azadlığa qovuşdurana qədər müqavimətin sürəcəyini ifadə edərək, İsraili əsla tanımayacağıq “.

Haniyə, inqilabın il dönümü səbəbindən İran xalqı və liderlərinə üz tutaraq : “Həmasın seçkilərdən zəfərlə çıxmasından bu yana Qəzzənin əsgəri, siyasi və iqtisadi olaraq mühasirəyə alındığını və 22 gün döyüşündə 1500 şəhid verdiklərini, İsrail hücumlarında 5 min adamın yaralandığını, 5 min evin yıxıldığını və 20min ailənin də qaçqın düşüdüğündən söz etdi ”.

ABŞ və İsrailin, İrana istiqamətli təhdidlərinin qarşısında da dayanacaqlarını vurğulayan Haniyə, İsrailin yalnız Fələstin xalqı və torpaqlarına hücum etməklə qalmadığını, digər İslam ölkələrinə də hücum etmək istədiyini ifadə etdi.

"Xaricilərin Ərəb və İslam dünyasındakı bütün müdaxilələrinə qarşı dayanırıq “-deyə elan edən Haniyə, “İslam birliyi, İslam birliyi..." –deyərək çıxışıni devam etdi.

Xalqların zəfərə çatması üçün zamanın gəldiyini və heç kimin xalqların iradəsi qarşısında dayana bilməyəcəyini vurğulayan Hanıya çıxışında : “Qüds və Aksa məscidinin azadlığı üçün tək yol cihad, müqavimət və mübarizədir”,dedi

Fələstin torpaqları və xalqının azadlığa qovuşacağına olan inancını dilə gətirən Hanıya bildirdi ki , İran xalqı olaraq sizlərin də bu zəfərdə payı olacaq.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar