Həbibullah Səyyari İranın Amerika gəmilərinin ölkənin su hövzəsinə daxil olmağa icazə verməyəcəyini deyib

24.12.2018, 13:53

GünAz TV: İran ordusunun baş komandanının koordinasiya məsələləri üzrə müavini Həbibullah Səyyari Amerika Birləşmiş Ştatlarına məxsus təyyarə daşıyan gəminin körfəzə daxil olmasına münasibət bildirib.

 

O, bunun təbii bir hal olduğunu, hər bir ölkənin gəmilərinin beynəlxalq sularda üzmə hüququnun olduğunu deyib.

 

Həbibullah Səyyari Amerikaya məxsus gəminin İran sularına daxil olmasına isə icazə verməyəcəklərini deyib. O, Amerikanın bu cür addım “atmaqdan çəkindiyini” iddia edib.  

 

Qeyd edək ki, bir neçə gün öncə Amerikaya məxsus “USS Jon Stennis” adlı təyyarə daşıyan gəmi və onu müşaiyət edən eskadra körfəzə daxil olmuşdu. Eyni vaxtda körfəzdə hərbi təlim keçirən “Sepah” isə prosesi yalnız seyr etməklə kifayətlənmişdi.

 

İran tez-tez Amerikanın körfəzdə bu ölkəyə məxsus olan sulara daxil ola bilməyəcəyini desə də, tarixi faktlar  rəsmi Tehranın bəyanatlarının tam əksini göstərir. 18 aprel 1988-ci ildə körfəzdə Amerika ilə İran arasında yaşanmış toqquşmalar nəticəsində İranın ən güclü hesab etdiyi “Səhənd” kimi gəmilər sıradan çıxmış və 56 iranlı hərbçi həlak olmuşdu. Bu toqquşmalar Amerika Hərbi Dəniz Qüvvələrinin qələbəsi, İranın geri çəkilməsi ilə nəticələnmişdi.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmu gölünün bərpası ilə bağlı 27 layihə dayandırılıb

2022-08-16

gun az article

Şərqi Azərbaycanın 700 kəndində su böhranı yaşanır

2022-08-16

gun az article

Türkiyənin Van əyalətinə gedən turistlərin 70 faizi iranlılardır

2022-08-16

gun az article

"Urmu gölü quruyacağı təqdirdə Təbriz təxliyə edilməlidir"- Sabiq nazirdən xəbərdarlıq

2022-08-16

gun az article

SEPAH Qərbi Azərbaycana çoxlu sayda hərbi qüvvə toplayıb

2022-08-16

gun az article

“Parlaq gələcək”də müzakirə: “İfadə azadlığı və İran terrorçuluğu” və “Güney Azərbaycan gəncliyi”-VİDEO

2022-08-16

gun az article

Mədəni fəal Məhəmməd Eyni Rəşt zindanından sərbəst buraxılıb

2022-08-16

gun az article

Behnam Zarei müvəqqəti sərbəst buraxılıb

2022-08-15

gun az article

Xiyavda Urmu gölünün quruması ilə bağlı aksiya keçirilib

2022-08-15

gun az article

Sarabda içməli su tapılmır

2022-08-15

gun az article

Təbrizin millət vəkili: "Cəmiyyət parçalanmağa doğru gedir"

2022-08-15

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2022-08-15

gun az article

“Düşünməyə çağırış”: “Güney Azərbaycanda təbiətə zərər vuran sənaye”-VİDEO

2022-08-15

gun az article

“Azadlıq səsi”ndə müzakirə: “İranın Azərbaycana qarşı terror təhdidi”-VİDEO

2022-08-15

gun az article

Mədəni fəal Əkbər Nəiminin işinə yenidən baxılacaq

2022-08-15

gun az article

Qərbi Azərbaycanda silah-sursat aşkarlanıb

2022-08-14

gun az article

Savalan dağında kürdlərlə türklər arasında qarşıdurma olub-VİDEO

2022-08-14

gun az article

İranın təhlükəsizlik məmurları azərbaycanlı bəhai ailənin evinə basqın edib

2022-08-14

gun az article

Abbas Lisaninin məzuniyyət müddəti uzadılıb

2022-08-14

gun az article

Xudafərində su çatışmazlığı və infrastruktur problemləri həll olunmur

2022-08-13