Yusif Kari həbsxanada zorakılığa məruz qalıb və təhdid edilib

2021-04-14 09:40

Ərdəbil həbsxanasında saxlanılan milli-mədəni fəal Yusif Kariyə təzyiqlər güclənib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə o, aprelin 13-də ailəsi ilə telefon əlaqəsi zamanı məlumat verib. O, karantin şöbəsindən reabilitasiya bölməsinə köçürüldüyünü bildirib.

 

Siyasi məhbus bazar günü baş verən hadisə ilə bağlı ailəsini məlumatlandırıb. Onun dediyinə görə, həmin gün həbsxana nəzarətçiləri gözlənilmədən 1-ci bölmədə yoxlama aparmağa başlayıblar. Kobud və təhqiramiz davranış və ifadələrlə məhbusları aşağılayan nəzarətçilər axtarış üçün Yusif Karidən ağzını açmasını istəyiblər. 

 

Bunun səbəbini soruşduqda onu təhqir edib və fiziki zorakılıq göstəriblər. Bundan sonra həbsxananın reabilitasiya bölməsinin məsulu Noruzi soyadlı şəxs milli fəalı döyərək onun karantin bölməsinə köçürülməsinə göstəriş verib.

Y.Kari bildirib ki, Noruzi onu barəsində yeni cinayət işinin açılması ilə təhdid edib. 
"Rəhbəri və sistemi təhqir etmək ittihamı ilə məhkumluq dövrün uzadılacaq", "həbsxananı sənin üçün cəhənnəmə çevirəcəyəm"-deyə, Noruzi bildirib.

 

Yusif Kari reabilitasiya bölməsinin məsuluna onun qanuni vəzifə və səlahiyyətlərinin nədən ibarət olduğunu xatırlatdığı üçün yenidən təhqir və zorakılığa məruz qalıb.

Hazırda Y.Kari reabilitasiya bölməsindədir. 

Ancaq onun öncə saxlanıldığı 1-ci bölməyə köçürülməsini gecikdirirlər.

 

Qeyd edək ki, reabilitasiya bölməsinin məsulu Noruzi bundan öncə müqavilə əsasında həbsxana avtobusunun sürücüsü kimi fəaliyyət göstərib. Sonradan "xüsusi keyfiyyət”lərinə, məhbuslara qarşı kobud davranışına görə, irəli çəkilib, rəsmi kadr kimi işə götürülüb və qısa müddətdə həbsxana məsullarından birinə çevrilib.

 

İran həbsxanalarında beynəlxalq qurumların nəzarət imkanları olmadığı üçün qanunsuzluq və məhbuslara qarşı zorakılıq adi hala çevrilib. 
Xüsusilə təhlükəsizlik qurumları siyasi məhbuslara qarşı təzyiq və işgəncələrdə həbsxana nəzarətçiləri və məsullarından istifadə edir. Məhbusları daima psixioloji və fiziki basqı altında saxlayırlar.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10

gun az article

Təbriz Tibb Elmləri Universiteti dünyanın ən yaxşıları siyahısında

2021-05-10

gun az article

Təbrizdə məsçidin türkcə adı dəyişdirilib

2021-05-09

gun az article

Germidə dəhşətli yol qəzası: 5 nəfər həlak olub

2021-05-09

gun az article

Siyasi məhbus Əlirza Fərşi məzuniyyətə buraxılıb

2021-05-08

gun az article

Zənganlı gənc həbsxanada işgəncə ilə öldürülüb-​​​​​​​Hüseyn Kəbutərinin meyiti su bəndində tapılıb

2021-05-08

gun az article

Həmədanda məktəblilər etiraz aksiya keçirib-VİDEO

2021-05-08

gun az article

Qoşaçayda vəzifəli şəxs oruc tutmayan vətəndaşı öldürməyə cəhd edib-VİDEO

2021-05-08

gun az article

Mərənddə tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-08

gun az article

Təbriz Universitetinin alimi hökumətin Urmu layihəsini sərt tənqid etdi

2021-05-08