SON XƏBƏRLƏR

Həbsxanada aclıq edən Abbas Lisani həkim nəzarəti altındadır / Urmiyə və Mərənddə divarlara fəalın azadlığını tələb edən şüarlar yazılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Həbsxanada aclıq edən Abbas Lisani həkim nəzarəti altındadır / Urmiyə və Mərənddə divarlara fəalın azadlığını tələb edən şüarlar yazılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Ərdəbil zindanında aclıq edən tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani həkim nəzarəti altında aksiyasını davam etdirir.

 

Bu barədə Ərdəbil prokurorunun müavini cənab Nonəhal yanvarın 26-da həbsxananın karantin bölümündə aclıq aksiyası keçirməkdə olan fəalın ailəsinə məlumat verib.

 

O bildirib ki, cənab Lisaniyə kimsə ilə görüşmək icazəsi verilmir. O hazırda həkim nəzarəti altındadır və səhhətində heç bir problem yoxdur.

 

Abbas Lisaniyə yaxınları ilə görüşmək icazəsinin verilməməsi onun ailə üzvlərinin narahatlığına səbəb olub. Onlar düşünür ki, ola bilsin ki, Abbas bəyin vəziyyəti yaxşı olmadığı üçün onunla görüşməyə icazə verilmir.

 

Bu arada Güney Azərbaycan şəhərlərində tanınmış fəalın qanunsuz saxlanmasına qarşı etirazlar davam edir.

 

Son məlumata görə, Urmiyə və Mərənd şəhərlərində divarlara azərbaycanlı fəalın azadlığını tələb edən şüarlar yazılıb və posterlər yapışdırılıb.

 

Urmiyədə yayılan posterlərdə Abbas Lisaninin şəkili əks olunub və “Abbas Lisani, Azərbaycanın siyasi fəalı azad olunmalıdır”,  "Free_Abbas_lesani#" və “Azərbaycan Milli Hərəkatı – Urmiyə” sözləri yazılıb.

 

Mərənddə isə şəhərin ən hərəkətli yerlərində divarlara tanınmış fəalın qanunsuz saxlanmasını qınayan şüarlar yazılıb.

 

Mərəndli milli-mədəni fəallar “Abbas Lisani azad olunsun”, “Mərənddən Ərdəbilə salam olsun”, “Lisani arxandayıq”, “Azərbaycanın siyasi məhbusları azad olunsun” və s. kimi şüarlar yazaraq Abbas Lisani və digər azərbaycanlı siyasi məhbusların sərbəst buraxılmasını tələb ediblər.

 

Ötən günlərdə Ərdəbil, Təbriz, Əhər, Tehran, Muğan və Çaypara şəhərlərində də tanınmış fəalın qanunsuz saxlanmasına etiraz olaraq divarlara oxşar şüarlar yazılıb, posterlər yayılıb və plakatlar nümayiş etdirilib.

 

Abbas Lisani yanvarın 15-də məhkəmə iclası keçirildikdən sonra Təbriz Prokurorluğunda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, o sonra Ərdəbil zindanının karantin bölümünə intiqal edilib.

 

Fəalın yaxınları onun Ərdəbil zindanına aparıldığı gündən aclıq aksiyasına başladığını bildiriblər.

 

Abbas Lisani Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Urmiyədən olan görüntülər:

 

 

 

Mərənddən olan görüntülər:

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar