SON XƏBƏRLƏR

“Həft-Təpə” zavodunun işçiləri İrandan Beynəlxalq Əmək Təşkilatına şikayət ediblər

2021.10.20, 07:36
“Həft-Təpə” zavodunun işçiləri İrandan Beynəlxalq Əmək Təşkilatına şikayət ediblər

Gunaz.tv

GünAz TV: “Həft-Təpə” zavodunun işçilərindən bir qrupu işçi fəalların həbs edilməsinə görə, İrandan Beynəlxalq Əmək Təşkilatına şikayət edib.

 

Onlar şikayətlə bağlı təşkilata ünvanladıqları məktubda qeyd ediblər ki, son aylar ərzində zavodun təqribən 50 işçisi təhlükəsizlik qüvvələri bölmələrinə çağırılıblar.

 

Məktubda həmçinin bəzi işçilərin, eləcə də İsmayıl Bəxşinin həbs edilən zaman ağır işgəncələrə məruz qalması da vurğulanıb.

 

Şikayətçilər bildiriblər ki, ETTELAT nazirliyi saxlanmış işçiləri fiziki və psixoloji təzyiqlərə məruz qoyub, sonra onları kameralar qarşısında yalan “etiraflar” etməyə vadar ediblər.

 

İşçilər Beynəlxalq Əmək Təşkilatından onların şikayətlərinin rəsmi qeydiyyata alınması və İran hökumətinin bu cür qanunsuzluqları qarşısında lazımi addımların atılmasını istəyiblər.

 

Qeyd etmək lazımdır ki, bir neçə ay öncə “Həft-Təpə” şəkər qamışı zavodunun işçiləri iş şəraitinin ağır olması, əmək haqlarının ödənməsi və digər bu kimi səbəblərə görə silsilə olaraq kütləvi etiraz aksiyaları keçirmişdilər. Bu etirazlar zamanı onlardan bir çoxu həbs edilib və hələ də azadlığa buraxılmayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar