SON XƏBƏRLƏR

“Heidelberg Ocağı”nın 21 Azər´in 65ci ildönümünə görə, Çağırışı!

2021.10.20, 07:36
“Heidelberg Ocağı”nın 21 Azər´in 65ci ildönümünə görə, Çağırışı!

Gunaz.tv

GünAzTv: Dünyanın  çeşitli  ölkərində  yaşayan sayqı dəyər Azərbaycanlı  soydaşlarımız!

Şanlı 21 Azər´in  65ci  ildönümünə görə  sizi birər birər qutlayırıq!

Biz  “Heidelberg  Ocağı”  olaraq sizə  dünyanın harasında  yaşamağınızdan asılı olmayaraq , üz  tutub sizə səslənirik:

21  Azər,  dövlətçiliyimizin 65ci  ilini  əzizləyib sayqıyla dəyərləndirməklə, o  bir illik  höküməti yaradan, o  şanlı  yolda  şəhid  olanların  anmasına (xatirəsinə), habelə şəhidlərin qalanlarını əzizləmək adına, 21 Azər  gününün  axşamı, Saat 19:00da  tək təkimiz bir şam  yandıraraq  ayağa qalxıb bir dəqiqə susma törəsini yerinə yetirək.

 Hörmətli soydaşlarımız izin  verin  biz  bir  daha  hamımız birlikdə şəhidlərimizi anımsayıb (xatırlayıb) onların  anılarını, gördükləri qocaman işlərini unutmamağa, qutsal yollarını önə sürəcəyimizə söz verək!.

Gəlin, şəhidlərimizdən qalan  iyid Qız Oğullara, habelə onların yollarında addımlayanlarla birlikdə yenidən bir daha İLQAR (peyman) bağlayaq! Onlara səslənərək deyək:

Sürəkli olduğu  kimi, biz sizin  yanınızdayıq!

Biz bütün  varlığımızla, canımızla sizinləyik, sizinlə olacayıq!

 Əziz  söydaşlarımız! Biz “Heidelberg Ocağı” şəhidlərimizi mənimsəmək, onların yolunda yürüməyi özümüzün ulusal (milli) borcumuz bilirik.

Bütün Azərbaycanımızın şəhidlərini, ailələrini QUTLAMAQla tarixi güvənimizi yüksəldə biləcəyimizə inanırıq!

Sayqılı  soydaşlar! Qoyun  çirkin  əllərin yiyələri bilsinlər, BİZ şəhidlərimizi  unudmamış, heç zaman da unudmayacayıq!

Millətimizin devlətçiliyi, özgürlüyü yolunda canlarını qurban verənlər bizim ürəyimizdə, Azərbaycanımızın tarixində parlaq, sonsuz, məngü (əbədi) qalacaq ulduzlardırlar!

Azərbaycanımızın qanlı düşmənləri də bilsinlər, ağ yalanlarıyla, tariximizi  tərs göstərməklə bizim  aramızda  ayrılıq, atışmalar  salabilməzlər! Ulusumuz ayılmış artıq, onların çirkin siyasətləri bizi daha da birləşdirib sinməz, qırılmaz İSTƏNCİMİZ (iradəmiz) öz  doğal  haqlarımıza varmaq üçün gündən günə güclənəcəkdir! 

Yaşasın  Azərbaycan!

Yaşasın 21 Azər!

“Heidelberg Ocağ”ı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar