Onlar Ermənistanın Azərbaycana qarşı təcavüzünü pslədikləri üçün İran məhkəməsi tərəfindəngünahkar sayılıblar.
Gunaz.tv
Təbrizdə yaşayan güney azərbaycanlı milli-mədəni fəallar Həkimə Əhmədi və Yasmən Zəfəri, məhkəmə elektron sistemi vasitəsi ilə aldıqları ayrı-ayrı bildirişlərdə Təbriz şəhəri ikinci cinayət məhkəməsinin 112 saylı şöbəsinə çağrılıblar.
1Çağırış bildirişinə görə, azərbaycanlı fəalların ittihamların araşdırılması üçün təyin olunan 10 dekabr tarixi koronovirus məhdudiyyətləri səbəbiylə ləğv edilərək 9 yanvar 2020-cu il təyin edilib.
Xanım Əhmədi və Zəfərinin, habelə başqa 11 azərbaycanlı fəalın dindirilməsi və məhkəməsi “Əli Musəvi”nin sədrliyi ilə Təbriz Dövlət və İnqilab Prokurorluğunun 16 saylı şöbəsində keçirilmişdi. Onların məhkəməyə qədər müvəqqəti azadlığa buraxılmaları üçün təyin olunan 100 milyon Tümən girov, 200 milyon Tümənə qaldırılmışdır.
Bu məhkəmə işi ilə əlaqədar prokrorluğun 16-cı şöbəsi xanım Əhmədi haqqında məhkəmə nəzarəti (ölkəni tərk etməmək) qərarı verilmişdir.
Xatırladaq ki, onlar iyulun 16-da Azərbaycan Ordusuna dəstək olmaq və Ermənistanın Azərbaycan Respublikasının Tovuz şəhəri istiqamətində yeni təxribatçılığını qınamaq üçün iştirak etdikləri aksiyada həbs edilmişdilər.
C.E