SON XƏBƏRLƏR

Həmas: “İran sanksiyalara rəğmən, bizə hər cür kömək etməyə hazır olduğunu bəyan edib”- FOTO

2021.10.20, 07:36
Həmas: “İran sanksiyalara rəğmən, bizə hər cür kömək etməyə hazır olduğunu bəyan edib”- FOTO

Gunaz.tv

GünAz TV: Həmas liderlərindən biri Saleh Əruri bildirib ki, İran “mühasirədə” və sanksiyaların yaratdığı çətinliklər içində olmağına baxmayaraq, təşkilata hər cür kömək etməyə hazır olduğunu bəyan edib.

 

Həmasın siyasi qolunun rəhbəri İsmayıl Həniyənin müavini olan Saleh Əruri bu sözləri İrana böyük heyətlə etdiyi səfərin yekunları barədə danışarkən deyib.

 

O, hazırda sanksiyaların yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, iranlı rəsmilərin təmsil etdiyi quruma hər cür kömək etməyə hazır olduqlarını və rəsmi Tehranla Həmas arasındakı münasibətlərin ərəb və ya müsəlman ölkələrinə qarşı olmadığını, “yalnız İsrailə qarşı olduğunu” bildirib.

 

Ərurinin bu sözləri İran mediası tərəfindən də dərc edilib. Lakin onun səsləndirdiyi “İran özünün mühasirədə və sanksiyaların yaratdığı çətin vəziyyətdə olmasına baxmayaraq, Həmasa hər cür əməli kömək etməyə hazır olduğunu bəyan edib” fikri onların dərc etdikləri xəbərlərdə əks olunmayıb.

 

Tehrana etdiyi 6 günlük səfəri “strateji” və “tarixi” adlandıran Əruri İranın Həmasa hansı növ dəstək göstərəcəyinin detallarını açıqlamayıb. Amma onun sözlərindən belə nəticə çıxarmaq olar ki, İran təşkilata pul yardımından başqa, silah- sursat da verəcək.

 

Saleh Əruri ilə Əli Laricaninin görüşü

 

Ərurinin Tehranda səfərdə olduğu zaman onun başçılıq etdiyi nümayəndə heyəti ilə ayrı-ayrılıqda görüşən Strateji Əlaqələr Şurasının rəhbəri Kamal Xərazi, Milli Məclisin spikeri Əli Laricani, Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani və xarici işlər nazirinin müavini Abbas Əraqçi İranın Həmasa hər cür kömək etməyə davam edəcəyini bəyan ediblər.

 

Saleh Əruri ilə Əli Şəmxaninin görüşü

 

“İrna” xəbər agentliyinin məlumatına əsasən, Əli Şəmxani nümayəndə heyəti ilə keçirdiyi görüş zamanı “İran İslam Respublikasının Həması dəstəkləməklə bağlı strategiyasının dəyişməz olduğunu” deyib.

 

İranın “dini lideri” Əli Xamneyi isə görüş zamanı Həmasın silah arsenalına toxunub və deyib: “Bu gün fələstinlilər İsrailə daş əvəzinə dəqiq vura bilən raketlər atırlar, bu da öz növbəsində inkişaf deməkdir.”

 

Saleh Əruri ilə Əli Xamneyinin görüşü

 

Saleh Əruri də Xamneyiyə təmsil etdiyi qurumun “İrana qarşı hər hansı hücum baş verərsə, bu müharibəyə qatılacağını” deyib.

 

İran ağır iqtisadi durumda olmasına baxmayaraq, Həmasa kömək edir. Bir müddət öncə prezident Həsən Ruhani ölkənin hazırki vəziyyətinin İraq- İran müharibəsindəki vəziyyət qədər ağır olduğunu bildirmişdi.

 

Ağır iqtisadi vəziyyət, əmək haqlarının ödənməməsi, kəskin bahalaşma və qıtlıq səbəbindən son aylar ərzində ölkənin müxtəlif bölgələrində onlarla etiraz aksiyası keçirilib.

 

İran öz geostrateji maraqlarını həyata keçirmək üçün “İsrail və Qərblə düşmənlik” adı altında regionda fəaliyyət göstərən müxtəlif terror təşkilatlarına maddi və hərbi yardım göstərir. Bu istiqamətdə İran bu günə qədər Həmasa on milyardlarla dollar pul və silah-sursat yardımı edib. Bundan əlavə, uzun illərdir öz əhalisinin ağır vəziyyətdə yaşamasına rəğmən, İran təkcə cari ildə ramazan ayında hər gün 20 min fələstinliyə iftar süfrəsi, “Qüds günü”ndə Qəzza zolağında ölənlərin ailələrinə 651 dollar pul verib, eləcə də İsrail həbsxanalarından azad edilən fələstinlilərə ev tikib, pulsuz paylayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar