SON XƏBƏRLƏR

Həmas, Suriyayi Tərk etdi

2021.10.20, 07:36
Həmas, Suriyayi Tərk etdi

Gunaz.tv

Həmas, Suriyayi Tərk etdi

Günaz TV: Etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, Həmas Suriyadan ayrıldı. Qaynaqlar, Həmasın siyasi bürosunun yeni yeriylə əlaqədar açıqlamasını yaxında edəcəklərini ifadə etdi. Mətbuatda daha əvvəl Həmasın siyasi bürosunun Qatar ya da Tunisə gedəcəyi istiqamətində xəbərlər çıxmışdı.

Həmas səlahiyyətliləri, keçən ay etdikləri açıqlamada, Şamdakı

defterlerin bağlamaya və başqa yerə daşınma kimi bir vəziyyətin söz mövzusu olmadığını söyləmişdilər. Həmasın beynəlxalq əlaqələr məsulu Usamə Hamdan, Suriya rəhbərliyinin də Həmasdan "Şamı tərk etməsi" kimi bir istəkdə olmadığını ifadə etmişdi. Ancaq Qəzzəni idarəsini elinin altında saxlayan Həmasın sürgündəki liderlərinin ailələrinin Suriyadakı qərargahdan çıxarılacağı bildirilmişdi. Şamda olan Həmaslı səlahiyyətlilər,təxliyə qərarının, Suriya Dövlət Başçısı Beşşar Esada qarşı davam edən qiyamların ardından pisləşən təhlükəsizlik vəziyyəti səbəbiylə alındığını ifadə etmişdilər.S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar