SON XƏBƏRLƏR

“Həmədan Əyalətində idman üçün nəzərdə 110 tikinti layihəsi yarımçıq qalıb”

2021.10.20, 07:36
“Həmədan Əyalətində idman üçün nəzərdə 110 tikinti layihəsi yarımçıq qalıb”

Gunaz.tv

GünAz TV: Həmədan Əyaləti Gənclər və İdman İdarəsinin rəisi Möhsün Cahanşir təmsil etdiyi əyalətdə idman üçün nəzərdə tutulan 110 tikinti layihəsinin yarımçıq buraxıldığını bildirib.

 

Onun sözlərinə görə, hətta işlərin 90 faizi görülən layihələrdə də eyni vəziyyətdir, əhali işlərin yekunlaşmasını gözləyir.

 

Bu barədə Möhsün Cahanşir “Mehr” xəbər agentliyinə danışıb.

 

“Həmədan Əyalətinin böyük idman potensialı var. Təəssüflə bu sahədə imkanlarımız çox məhduddur. Kimsə idman üçün nəzərdə tutulan tikinti layihələrinə diqqət yetirmir. Hazırda 110 layihə vəsait çatışmazlığından yarımçıq buraxılıb.”- deyə o bildirib.

 

Möhsün Cahanşir əlavə edib ki, yarımçıq qalan layihələrin bir neçəsində işlərin 90 faizi görülüb, buna baxmayaraq həmin projelər də 2-3 ildir ki, yarımçıq qalıb, işlərin qalan hissəsi görülmür.

“Hansısa layihədə işlərin 2-3 il dayandırılması çox ciddi məsələdir. Bu həmin layihələrin yarımçıq buraxıldığını sübut edir.”- deyə o vurğulayıb.

 

Möhsün Cahanşir

 

Gənclər və İdman İdarəsinin rəisi cari ildə idman sahəsinə daha az büdcə ayrıldığını bildirib. Lakin o vurğulayıb ki, vəsait çatışmazlığına baxmayaraq bu il bir neçə layihənin istifadəyə veriləcəyi gözlənilir.

 

Qeyd edək ki, tikinti layihələrinin yarımçıq buraxılması təkcə Həmədan Əyaləti və idman kompleksləri layihələri ilə məhdudlaşmır. Güney Azərbaycanın bütün əyalətlərində avtomobil yolu, dəmiryolu, xəstəxana və kənd təsərrüfatı işləri ilə bağlı çox sayda layihə uzun illərdir ki, yarımçıq qalıb. Bəzi layihələrdə isə təməlqoyma mərasimindən sonra heç bir iş görülməyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar