SON XƏBƏRLƏR

Həmədan Əyalətinin əl işləri sənayesi ixracı azalıb

2021.10.20, 07:36
Həmədan Əyalətinin əl işləri sənayesi ixracı azalıb

Gunaz.tv

GünAz TV: Son vaxtlar Güney Azərbaycan əyalətlərində istehsal olunan sənaye məhsullarının ixracında böyük azalma müşahidə olunur.

 

Əl işləri sənayesi ilə məşhur olan Həmədan Əyalətində də eyni vəziyyət yaşanır. Bu barədə Həmədanın Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəis müavini Haşim Məzahiri mətbuata danışıb.

 

“Cari ildə (İranda yeni il Novruz bayramında başlayır) Həmədan Əyalətində əl işləri sənayesi ixracı 50 faiz azalıb. Bu il təxminən 4.5 milyon dollar dəyərində məhsul ixrac olunub, bu rəqəm ötən il 9 milyon dollardan ibarət olub”- deyə o bildirib.

 

Saxsı qab, əldəqayırma şüşə, heykəl, taxta əşyalar, xalça və s. kimi məhsullar Həmədan Əyalətində istehsal olunub İraq, Hollandiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan Respublikası kimi ölkələrə ixrac olunan əsas əl işləri məmulatlarıdır.

 

Qeyd edək ki, Güney Azərbaycanda sənaye məhsulları ixracatı o halda azalıb ki, İran rejimi ixracata dəstək verdiyini iddia edir. Son vaxtlar İranın milli valyutası da dollar qarşısında kəskin dəyər itirib. Əslində belə bir şəraitdə ixracat güclənməlidir, lakin ölkə və Azərbaycan əyalətlərinin idxal asılılığı daha da artıb. Problemin müəyyən hissəsi ölkədə ixracat prosesinin çətinliyi ilə izah olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar