Həmədanın ilk qəzetinin nəşr olunduğu vaxtdan bu günə qədər mətbuat tarixini əks etdirən əsər, əyalət ilə bağlı çap olunan 22-ci ensiklopedik əsərdir.
Gunaz.tv
Həmədan əyalətinin incəsənət mərkəzinin təlim və tədqiqat Bölməsinin rəhbəri, bu kitabda Həmədanda lisenziyalı və ya lisenziyasız nəşr olunan mətbuat orqanlarının hər birinin təqdim etdiyini bildirib.
Həmədan əyalətinin incəsənət mərkəzinin təlim və tədqiqat Bölməsinin rəhbəri “Mustafa Qəhrəmani Ərşəd” insklopedik əsərdə əyalət mətbuatının üç bölmədə, Qacar, Pəhləvi və indiki dönəmdə ayrı-ayrılıqda tədqiq edildiyini bildirib.
M.Q.Ərşəd, Kitabda təqdim olunan ümumi nəşr sayının 248 olduğunu, bunlardan 16 nəşrin Qacar dövrünə, 51 nəşrin Pəhləvi dövrünə və 181 nəşrin indiki dövrə aid olduğunu ifadə edərək artırıb ki, nəşrlərin dövri göstəricisinə bir fəsil ayrılıb, kitabın sonunda məşrutə dövründən bu günə qədər olan bəzi nəşrlərin şəkilləri də kitaba əlavə edilib.
Həmədan İncəsənət Mərkəzinin məlumatına görə, “Məcid Furutən”in müəllifi olduğu "Həmədan Mətbuatının Tarixi" kitabı bu əyalətin İncəsənət Mərkəzi tərəfindən 1100 nüsxə və 260 səhifədə çap edilmişdir.
C.E