SON XƏBƏRLƏR

Həmədan şəhər həbsxanasında koronavirusla bağlı üsyanda 2 nəfər canını itirib

2021.10.20, 07:36
Həmədan şəhər həbsxanasında koronavirusla bağlı üsyanda 2 nəfər canını itirib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Həmədan şəhərinin “Əlvənd” həbsxanasında koronavirusla bağlı baş verən üsyanda iki nəfər canını itirib.

 

Koronavirus infeksiyasının İran həbsxanalarında da yayılması ilə bağlı xəbərlərin dərc olunmasından sonra, artıq bir həftədən çoxdur ki, cəzaçəkmə məntəqələrində ardıcıl üsyanlar baş verir.

“İRNA” dövlət xəbər agentliyi mart 28-də yaydığı xəbərdə Həmədan həbsxanasında “məhbuslar arasında münaqişə baş verdiyini” iddia edib.

 

Yerli informasiya saytlarının yaydığı məlumata görə, üsyan şənbə günü axşam saatlarında baş verib. Həmədan şəhərinin baş prokuroru Həsən Xancani üsyanın baş verdiyini təsdiqləyərək bildirib ki, hadisə zamanı bir neçə məhbus adyalları yandırıb və qarşıdurma yaradaraq qaçmağa çalışıb.

 

İran dövlət televiziyasına bağlı “Gənc Jurnalistlər klubu” iki məhbusun baş verən yanğın nəticəsində hava çatışmazlığından öldüyünü yazıb.

 

Hadisədə üç məhbus da yaralanıb. Məlumata görə, xəsarət alan məhbuslar xəstəxanalara yerləşdirilib.   

 

Bəzi yerli mənbələr üsyan zamanı bir neçə məhbusun qaçmağa müvəffəq olduğunu təsdiqləsə də “Sepaha” bağlı “Fars” xəbər agentliyi həbsxanada vəziyyətin kontrolda olduğunu, “heç bir məhbusun qaçmadığını” iddia edib.

 

Həmədan həbsxanasında baş verən üsyan son 10 gün ərzində, İran həbsxanalarında baş verən 5-ci üsyandır. Daha öncə Xurrəmabad, Əligudərz, Təbriz və Saqqız həbsxanalarında bənzər hadisələr baş verib.

  

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar