Həmədan və Vərziqanda nadir ağaclar məhv edilir

2021-05-03 15:57

Şərqi Azərbaycanın Vərziqan və Həmədan əyalətinin Zərən mahallarında tonlarla nadir meşə ağaclarının qanunsuz kəsilməsi faktı aşkara çıxıb. 

Gunaz.tv Quote | Gunaz article

Təbrizin "əncümən" xəbər saytının verdiyi məlumata görə, bu gün mayın 3-də Vərziqanın Asimal meşələrində kəsilmiş 16 ton nadir meşə ağacı kəşf edilib və 2 nəfər saxlanılıb.

Başqa bir məlumatda isə Həmədan əyalətinin Təbii Sərvətlərin İdarə Edilməsi Təşkilatının mühafizə bölməsinə istinadən bildirilir ki, əyalətin Zərən bölgəsində qanunsuz kəsilən və fabriklərə verilməsi nəzərdə tutulan 30 ton nadir meşə ağacı aşkar edillib.

"İRNA" xəbər agentliyinin yaydığı xəbərdə bir neçə həftə öncə eyni bölgədə daha 70 ton nadir meşə ağaclarının müsadirə edildiyi bildirilir.

Qeyd edək ki, son aylar Güney Azərbaycan meşələrində nadir ağaclarının kəsilməsi və qanunsuz satılmasına dair çoxsaylı məlumatlar və faktlar yayılıb. 

Bütün xəbərdarlıqlara və bölgə əhalisinin etirazlarına baxmayaraq, meşə ağaclarının başqa əyalətlərə daşınması davam edir.

Hökumət ölkənin şimal bölgəsi olan Gilan və Mazandaran əyalətlərində meşə ağaclarının kəsilməsinə 10 il qadağa qoyub.

Bu qadağadan sonra kağız emalı zavodları, mebel istehsalı müəssisələri və b. bu kimi qurumlar xam mala olan ehtiyaclarını Güney Azərbaycan meşələrində nadir ağaclar hesabına təmin etməyə başlayıblar.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu İran Premyer Liqasında dördüncü dəfə çempion oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12

gun az article

Parsabadda həbslər: Bələdiyyə məmurları saxlanıldı

2021-05-12

gun az article

"Keçmişdən günümüzə Güney Azərbaycan”-Türkiyədə konfrans keçiriləcək

2021-05-12

gun az article

Güneydə tarixi abidələrə qarşı vandalizm: Vərziğanda 700 illik tarixi məzar daşları dağıdılıb-VİDEO

2021-05-12

gun az article

Urmu gölünə su buraxılmayacaq-Mühafizə Şurası qərar verdi

2021-05-12

gun az article

Futzal üzrə İran Premyer Liqası: Azərbaycan klubu çempion ola bilər

2021-05-12

gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11