Həmədanda 65 min hektar ərazi səhraya çevrilə bilər

2021-06-10 16:06

Güney Azərbaycanın Həmədan bölgəsində 65 min hektar ərazi çöllüyə çevrilə bilər.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Həmədan Əyalətinin Təbii Sərvətlər və Su Hövzəsi İdarəetmə Departamentinin Baş direktoru İsfəndiyar Xəzayi açıqlama verib. 

Onun sözlərinə görə, son 20 ildə yağıntıların azalması səbəbindən əyalətin 65 min hektar ərazisinin çöllüyə çevrilmək təhlükəsi yaranıb.

İsfəndiyar Xəzayi deyib ki, təbii fəlakətin qarşısının alınması üçün görülən tədbirlər yalnız 550 hektarlıq ərazidə çölləşmənin qarşısını ala bilər.

 Bir neçə gün öncə Həmədan əyalətinin Meteorologiya İdarəsinin Baş direktoru Hüseyn Abid buxarlanma və transpirasiya göstəricilərinə görə Həmədanın hal-hazırda şiddətli və orta quraqlıq dövrü yaşadığını bildirib. 

“Həmədanda cari yağış ilində müşahidə olunan azalma əyalətin otlaq və dəmyə əkin ərazilərinə böyük həcmdə ziyan vurub”-deyə, o, bildirib.

O, artıq cari yağıntı ilinin başa çatdığını və bu səbəbdən qarşıdakı isti aylarda Həmədanın şiddətli quraqlığa məruz qalacağını, durumun böhran səviyyəsinə çatacağını söyləyib.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, su çatışmazlığı və quraqlıqla bağlı rəsmilərin iddiaları şişirdilib. 

Ölkədə su qıtlığı, ümumi quraqlıq və yağıntıların azalmasından daha çox hökumətin, əlaqədar qurumların su hövzələri və qaynaqların yanlış idarə olunması nəticəsində baş verir.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda "ağ ölüm" tüğyan edir: Ötən il narkotikdən ölənlərin sayı açıqlanıb

2021-06-24

gun az article

Tehranda Bağır xanın adı metro stansiyası üzərindən götürüldü

2021-06-24

gun az article

Urmu gölündə suyun səviyyəsi 57 santimetr azalıb

2021-06-24

gun az article

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24

gun az article

Təbrizdə bir neçə yerdə yanğın baş verib-VİDEO

2021-06-24

gun az article

Marağada bəxbəxt hadisə: Hündürlükdən yıxılan işçi xəstəxanada öldü

2021-06-24

gun az article

Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Açıq desinlər ki, sizi öldürmək planımız var idi"- VİDEO

2021-06-24

gun az article

Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24

gun az article

Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24

gun az article

Əsəri Avropada qızıl medal alan, çayda boğulan təbrizli yazıçı- Anım günüdür-VİDEO

2021-06-24

gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23