SON XƏBƏRLƏR

Həmədanda 7 tarixi və mədəni əsər ölkənin milli əsərlər siyahısına daxil edilib

2021.10.20, 07:36
Həmədanda 7 tarixi və mədəni əsər ölkənin milli əsərlər siyahısına daxil edilib

Gunaz.tv

GünAz TV: Tarixi, təbii və mədəni əsərlərlə zəngin olan Güney Azərbaycanın Həmədan Əyalətində daha 7 əsər ölkənin milli əsərlər siyahısına daxil edilib.


Bu barədə Turizm, Əl İşləri və Mədəni İrs naziri Əli Əsğər Munesan Həmədan valisinə məktub yazaraq məlumat verib.


İnformasiyaya görə, Həmədan Əyalətində yerləşən Ceycan dağı təpəsi, Fərsəc təpəsi, Miyandeh təpəsi, Kələncan kəndinin Xoruz təpəsi, Əbru kəndində aşkar edilən 3 qızıl yarpaq, həmçinin həmin kənddə tapılan qızıl sırğa, eləcədə Bu-Əli Sinanın Qanun əsərinin nüsxəsi ölkənin milli əsərlər siyahısında qeydə alınıb.


Turizm, Əl İşləri və Mədəni İrs naziri valiyə yazdığı məktubda vurğulayıb ki, qeyd olunan əsərlər artıq nazirliyin nəzarətində olacaq. Bundan sonra sözügedən yerlərdə hər hansı təmir-bərpa işlərinin aparılması yalnız nazirliyin razılığı ilə mümkündür. Əsərlərin tarixi kimliyini dəyişdirəcək hər hansı müdaxilə qanun pozuntusu sayılacaq, tarixi məkanları təxrib edənlər məsuliyyətə cəlb olunacaq.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar