SON XƏBƏRLƏR

Həmədanda geyimlərin qiyməti 50 faiz bahalaşıb

2021.10.20, 07:36
Həmədanda geyimlərin qiyməti 50 faiz bahalaşıb

Gunaz.tv

“Gənc Müxbirlər Klubu” agentliyinin yaydığı məlumata görə, Höccət Nasiri qiymətlərin artmasını ölkədə geyim istehsalının baha başa gəlməsi ilə əlaqələndirib. O bildirib ki, bahalaşmada geyim satışı ilə məşğul olan mağazaların heç bir rolu yoxdur.

 

“Qiymətlər bahalaşıb. Bu, fabriklərdə geyim istehsalının baha başa gəlməsi ilə bağlıdır. Bu il istehsal olunan geyimlərə ötən illə müqayisədə iki dəfə çox vəsait xərclənir. Qiymətlərin bahalaşmasına təsir edən əsas amil istehlak olunan parça və işçilərin əmək haqlarının artmasıdır.”- deyə o bildirib.

 

Geyimlərin qiymətinin digər məhsullarla müqayisədə az qalxdığını deyən Höccət Nasiri vurğulayıb ki, son vaxtlar xarici valyutaların qiyməti nisbətən aşağı düşüb, lakin geyim istehsalı sahəsində xərclər təxminən iki dəfə artıb.

“Geyim mağazaları mallarını baha satmağa can atmır. Ona görə ki, mallarını vaxtı-vaxtında sata bilməsələr, mövsüm dəyişdikdən sonra daha ucuz qiymətə satmağa məcbur olacaqlar. Ona görə də qiymətlərin bahalaşması əsasən istehsal sahəsində xərclərin artması ilə bağlıdır.”- deyə Dərnəyin rəisi vurğulayıb.

 

Qeyd edək ki, İran və Güney Azərbaycanda ərzaq məhsullarından tutmuş geyim və məktəb ləvazimatına qədər bütün məhsullar bahalaşıb. Qeyri-adi bahalıq İranın nüvə fəaliyyəti ilə əlaqədar ölkəyə qoyulan iqtisadi sanksiyalardan sonra bütün şəhər və kənlərdə müşahidə olunur. İşsiz və yoxsul durumda olan sadə əhali bu vəziyyətdən ən çox əziyyət çəkən təbəqədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar