SON XƏBƏRLƏR

Həmədanda içməli su qıtlığı gözlənilir

2021.10.20, 07:36
Həmədanda içməli su qıtlığı gözlənilir

Gunaz.tv

GünAz TV: Həmədan əhalisi Novruz bayramı günlərində içməli su qıtlığı ilə üzləşə bilər.

 

Bu barədə Həmədan Əyaləti Su və Kanalizasiya Şirkətinin rəis müavini cənab Nikzad məlumat verib.

 

“Müəyyən səbəblərə görə, o cümlədən bayram ərəfəsində suyun çox istifadə olunması və su ötürücü borularının tutumunun məhdud olması səbəbindən su problemi ilə üzləşirik. Bu səbəbdən gələcək günlərdə içməli suyun verilməsində məhdudiyyətlər gözlənilir.”- deyə o bildirib.

 

Şirkət rəsmisi məsələ ilə əlaqədar koronavirus epidemiyasını da xatıladıb. O bildirib ki, təhlükəli virusun hər yerə yayıldığını nəzərə alaraq əhali məsələnin əhəmiyyətini dərk edib, suya qənaət etməlidir. Əks halda sağlamlığımız təhlükəyə düşəcək.

 

Şəhər əhalisi koronavirus böhranının yaşandığı bir vaxtda, həm də Novruz bayramı günlərində su çatışmazlığından narahatlığını bildirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar