Həmədanda su qıtlığı: Quraqlıq ətraf mühitin çirklənməsinə səbəb olub

2021-06-04 14:43

Son illər İranın bir çox bölgələrində ciddi su qıtlığı yaranıb. Bu, Güneyin Zəngan, Şərqi və Qərbi Azərbaycan, Həmədan, Ərdəbil və Qəzvin əyalətlərində ciddi problemlərin yaranmasına səbəb olub. 

Gunaz.tv Quote | Gunaz article

Özəlliklə bu yağıntı ili ərzində adı çəkilən bütün əyalətlərin yetkililəri quraqlığın yaşanacağını bildirib, qarşıdakı isti aylarda əhalinin üzləşəcəyi ciddi su böhranı ilə bağlı xəbərdarlıq ediblər.

Yağıntının miqdarının əhəmiyyətli dərəcədə azalması, sudan istifadə zamanı israfçılıq, bu sahədə yarıtmaz idarəçilik, yeraltı su ehtiyatlarının və sulu təbəqələrin əhəmiyyətli dərəcədə azalması Həmədan əyalətində təhlükəli səviyyədə quraqlığın baş verməsinə səbəb olub.

Əyalətinin Meteorologiya İdarəsinin Baş direktoru Hüseyn Abid buxarlanma və transpirasiya göstəricilərinə görə Həmədanın hal-hazırda şiddətli və orta quraqlıq dövrü yaşadığını bildirib. 

“Həmədanda cari yağış ilində müşahidə olunan azalma əyalətin otlaq və dəmyə əkin ərazilərinə böyük həcmdə ziyan vurub”-deyə, o, bildirib.

O, artıq cari yağıntı ilinin başa çatdığını və bu səbəbdən qarşıdakı isti aylarda Həmədanın şiddətli quraqlığa məruz qalacağını, durumun böhran səviyyəsinə çatacağını söyləyib.

Abid bu il yağıntının həcmində ölkə üzrə 41, Həmədan üzrə isə 30 faiz azalma müşahidə edildiyini açıqlayıb.

Həmədan Əyaləti Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin sədr müavini Seyid Adil Ərəbi yağıntının azalması, temperaturun yüksəlməsi və bölgədə quraqlığın baş verməsi səbəbindən ekologiyanın da korlandığını bildirib.

O, havanın çirklənmə səviyyəsinin təhlükəli həddə çatacağını, quraqlığın külək eroziyasının və toz qasırğalarının artmasına səbəb olacağını deyib.

Seyid Adil Ərəbi bildirib ki, elmi araşdırmalara əsasən Həmədan əyalətində hava çirkliliyinin əsas səbəblərindən biri quraqlıq nəticəsində Kəbutərahəng, Famənin, Qəhavənd və Nəhavənd bölgələrinin düzənliklərinin çölləşməsidir.

Həmədan Əyalətinin Regional Su Şirkətinin başçısı Mənsur Sütudə cari yağış ilində əyalətə 267 mm yağıntı düşdüyünü, ötən ilin eyni dövrü ilə müqayisədə bunun 40, uzun müddətli dövr ilə müqayisədə 20 faiz azaldığını açıqlayıb.

Həmədan valiliyinin Böhran İdarəetmə Mərkəzinin Baş direktoru isə deyib ki, su böhranını idarə etmək üçün əyalət səviyyəsində sudan istifadəyə 25 faiz qənaət etməyi düşünürlər.

Təbii Sərvətlər və Su Hövzəsi İdarəetmə Ümumi Departamentinin Otlaq və Səhra İşləri şöbəsinin müdiri Səid İlyasi quraqlıq nəticəsində əyalət otlaqlarının 85 milyard tümən dəyərində zərər gördüyünü diqqətə çatdırıb.

Səid İlyasi yağıntıların azalmasının otlaqların quruması, nəticədə maldarlıq sahəsinin ciddi ziyan görəcəyi və cari ildə bunun fəsadlarının daha aydın müşahidə ediləcəyi barədə xəbərdarlıq edib.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24