SON XƏBƏRLƏR

Həmməruzəçilər Bakıya bir sıra təkliflər veriblər

2021.10.20, 07:36
Həmməruzəçilər Bakıya bir sıra təkliflər veriblər

Gunaz.tv
Həmməruzəçilər Bakıya bir sıra təkliflər veriblər Avropa Şurası seçkiqabağı kompaniyada iştirak etmək istəyir "Azərbaycan qanunvericilik sahəsində müsbət irəliləyişlər edib, qalır onların səmərəli icrası". Bunu "Ekspress"ə eksklüziv müsahibəsində Avropa Şurası Parlament Assamleyasının Azərbaycan üzrə həmməruzəçisi Yevgeniya Jivkova bəyan etdi. Bu yaxınlarda Bakıya səfəri zamanı məruzəçilər bir neçə gün ərzində ölkənin ali siyasi rəhbərliyi ilə əsasən öhdəliklər məsələsini müzakirə ediblər. Bunların arasında məhkəmə islahatları, seçki qanunvericiliyinin təkmilləşməsi və mətbuatın durumu ilə bağlı suallar da var idi. Hər üç mövzu ətrafında çeşidli fikirləri dinləyən həmməruzəçilərin yekun mövqeyi isə AŞPA-nın qarşıdakı sessiyasınla, qrup məruzəsini açıqlayandan sonra bəlli olacaq. "Biz müəyyən pozitiv addımlar görmüşük. Ancaq bir sıra problemlər hələ də qalır", - Jivkova deyib. Ymumiliyyətlə, Azərbaycanın AŞ qarşısındakı öhdəliklərinin nə dərəcədə yerinə yetirməsi az qala ölkə bu quruma üzv qəbul olunan gündən mübahisə mövzusudur. Rəsmi qurumlar və hakimiyyət nümayəndələri bütün şərtlərə əməl etdiklərini, yeganə açıq qalan öhdəliyin Qarabağla bağlı olduğunu bildirirlər. Bu fikri bölüşməyənlər isə, məsələn müxalifət düşərgəsində hesab edirlər ki, hökumət tələblərə əməl etsə də, sonradan yeni problemlər ortaya çıxır. Xüsusilə də seçki qanunvericiliyi və media ətrafındakı vəziyyət son günlərin əsas müzakirə mövzusudur. "Seçkilər demokratiyanın bərqərar olunması üçün ən vacib sahədir. Ona görə də, bu yöndə qanunvericiliklər yenidən nəzərdən keçirilməlidir. Avropa Şurası seçkiqabağı kompaniyanın qurulması işində Azərbaycan hökumətinə yardım etmək və bu yöndə işləmək niyyətinədədir", - Jivkova vurğuladı. Təxminən iki gündən sonra rəsmi Bakı ilə AŞ Venesiya Komissiyası arasında müzakirələr yenidən davam etdiriləcək və orada Seçki Məcəlləsi ilə Komissiyaların tərkibi mövzusuna ayrınlıq gətiriləcək. Mediaya gəlincə, həmməruzəçilяr son vaxtlar jurnalistlərə qarşı münasibətdən narahat olsa da, bunu payızda "xüsusi diqqətdə" saxlayacaq. "Amma mətbuata təzyiq demokratik prinsiplərə uyğun deyil", - deyə Jivkova həbsdə olan jurnalistlərin taleyi barədə sualı cavablandırarkən vurğulayıb. Tezliklə AŞ jurnalistlərin "yeni axınının" püxtələşməsi üçün Bakı Dövlət Universitetində bu yöndə təhsilin keyfiyyətləşməsinə yardım etməyi planlaşdırır. AŞ-ı Azərbaycanla bağlı razı salan məsələ isə məhkəmə islahatlarıdır. Belə ki, məruzəçilər hakimlərin sayının artırılması və çoxsaylı treninqlərə cəlb olunmasını bəyənir: "Ədliyyə sistemi üçün ayrılan büdcə vəsaitinin artımı da müsbət haldır". Ə.Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar