SON XƏBƏRLƏR

“Hepko” şirkətinin etiraz edən işçiləri İranın şimal-cənub dəmir yolunu bağlayıblar

2021.10.20, 07:36
“Hepko” şirkətinin etiraz edən işçiləri İranın şimal-cənub dəmir yolunu bağlayıblar

Gunaz.tv

GünAz TV: Öz gecikmiş əməkhaqlarını ala bilməyən Ərakın “Hepko” şirkətinin işçiləri İranın şimalından cənubuna gedən dəmir yolunu bağlayıblar.

 

İşçilər həmkarlar ittifaqının tələblərinə baxılmasını, eləcə də gecikdirilmiş əmək haqları və digər ödənişlərinin barəsində konkret açıqlama verilməsini tələb edirlər.

 

Ötən həftələr ərzində işçilər dəfələrlə bu səbəblərə görə etiraz aksiyaları keçirsələr də, onların əmək haqları hələ də ödənməyib.

 

Ötən həftə İranın sənaye, mədən və ticarət nazirinin şirkətə yeni rəhbər təyin etməsinə baxmayaraq, işçilər yenə də etirazları davam etdirirlər. Onlar bildirirlər ki, yeni müdirin təyini problemlərin həll edilməsi anlamına gəlmir. Onlar öz gecikdirilmiş maaşlarının dərhal verilməsini tələb edirlər.

 

Qeyd etmək lazımdır ki, son aylar ərzində İranın bir çox bölgəsində oxşar tələblərlə etiraz aksiyaları keçirilib. Müəllimlər, fəhlələr və digər peşə sahibləri əmək haqlarının verilməməsi və ya az olması, eləcə də ağır məişət və iş şəraitlərinin olmasına görə, son çıxış yolu kimi etiraz aksiyalarını seçiblər.  

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar