SON XƏBƏRLƏR

“Həşdəş-Şəbi”dən sonra indi də Livan Hizbullahının döyüşçüləri İrana yola düşür

2021.10.20, 07:36
“Həşdəş-Şəbi”dən sonra indi də Livan Hizbullahının döyüşçüləri İrana yola düşür

Gunaz.tv

GünAz TV: Livan Hizbullahının Qumdakı nümayəndəsi Məin Dəqiq Həsən Nəsrullahın öz tərəfdarlarına “İranda sel baş vermiş ərazilərdə insanlara kömək etmək üçün” bu ölkəyə getməklə bağlı çağırış etdiyini deyib.

 

Onun sözlərinə görə, bir neçə qrup Hizbullah üzvü artıq yola çıxıb.

“Hazırda sel baş vermiş ərazidə çoxlu sayda livanlı gənc var və bir o qədəri də artıq İran istiqamətində yola düşüb”-deyə Hizbullahın nümayəndəsi əlavə edib.

 

Bundan bir neçə gün öncə İraqda “Sepah”ın muzdlu ordusu olan “Həşdəş-Şəbi”nin döyüşçüləri də Xuzistan vilayətinə gəliblər. Onların və Hizbullah üzvlərinin “sel baş vermiş ərazilərdə fəsadların aradan qaldırılması üçün köməyə gəldikləri” bildirilsə də, məsələ ilə bağlı əhali arasında narahatlıqlar mövcuddur.

 

Başda Əhvaz ərəbləri olmaqla, ötən günlər ərzində bir çox bölgələrdə əhali dövlətin böhran vəziyyətində səriştəsizliyi, məmurların özbaşınalığı, əhaliyə yardımların edilməməsi və digər bu kimi səbəblərə görə etiraz aksiyaları keçirib. Hətta bir neçə gün öncə “Sepah”ın Əhvazda etiraz edən sivil əhaliyə qarşı atəş açması nəticəsində bir neçə nəfər ölüb və yaralanıb. Buna görə də xarici ölkələrdən terror qruplaşması üzvləri və muzdurların İrana mümkün etirazları yatırtmaq üçün gətirildiyi ehtimal edilir.

 

İran konstitusiyasının 146-cı maddəsi ilə hər hansı dövlətin ölkə ərazisində bazasının təşkil edilməsi və ya döyüşçülərinin yerləşdirilməsi qadağan edilsə də, Milli Məclisin deputatları məsələ ilə bağlı susmağa üstünlük verirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar