Həsən Raşidi: Virus İran həbsxanalarında yayılsa təhlükə daha da böyük olar – Müsahibə

12.03.2020, 07:34

GünAz TV: Bir qrup türk fəal, yazar və ictimai xadim İran məhkəmə hakimiyyətinin sədri İbrahim Rəisiyə məktub ünvanlayaraq, həbsxanalarda koronavirus təhlükəsinə diqqət çəkiblər. Məktubu imzalayanlardan biri araşdırmaçı yazar Həsən Raşidi bu barədə “Amerikanın Səsi”nə müsahibə verib.

 

161 fəalın imzaladığı məktubda siyasi məhbuslara məzuniyyət tələb edilib. Tehrandan “Amerikanın Səsi”nə danışan Həsən Raşidi hesab edir ki, bu tələbin yerinə yetirilməsi İran məhkəmə sisteminin imicinə də müsbət təsir göstərə bilər.

 

Son vaxtlar, İranda koronavirus epidemiyası ilə bağlı yoluxma və ölüm hallarının sürətlə artması ilə bərabər hüquq müdafiəçiləri məhbusların sağlamlığı ilə bağlı xəbərdarlıq edirlər.

 

Həsən Raşidi deyir, “indi şəhərlərin içində millətin sağlamlığı ciddi təhlükədədir. Hər gün görürük ki, neçə nəfər ölür. Hətta xəstəxanalarda yer tapılmır. Yəni, şəhərlərdə ki, insanların özlərini qorumaq üçün imkanı var, durum belə isə, bu virusun zindanlara getmə ehtimalı daha çoxdur. Çünki məhbuslar çox məhdud bir mühitdə yaşayırlar və bu virus orada yayılsa təlükə daha da böyük olar.”

 

Məktubda Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Tehran vilayətlərinin həbsxanalarında saxlanılan 28 milli fəal və türk dil hüquqları müdafiəçisinin adı qeyd olunub.

 

Yazarın sözlərinə görə, “Biz bu azadlığı, bu məzuniyyəti İranın bütün siyasi məhbuslarına istəmişik. Xüsusilə də Azərbaycanın siyasi məhbuslarına... Bunlar mədəni fəaldırlar. Dil, kültür və mədəniyyət yolunda fəaliyyət etdikləri üçün tutulublar. Təbiidir ki, onlara başqa ittihamlar vurulub. Təhlükəsizlik ittihamı, qanunsuz toplaşma ittihamı kimi. Elə ittihamlar ki, orada dil və mədəniyyət məsələsi görünməsin. Çünki bunun dünyada əks olunması dövlət üçün yaxşı deyil. Amma biz həmişə elan etmişik ki, mübarizəmiz mədəni mübarizədir.”

 

‘İranda Türklərin tarixi, dili və kimliyi üzərində araşdırma’ adlı kitabın müəllifi hesab edir ki, “İranın məhkəmə hakimiyyətinin bu tələbi qəbul etməsi öz imici üçün də yaxşı təsir göstərər.

 

“Bu məzuniyyətin verilməsi həm məhbusları koronavirus təhlükəsindən qoruyar ki, bu da dövlətin xeyrinədir, həm də İranın məhkəmə sisteminin adına dünyada müsbət və insani bir addım olaraq görünər” - deyə, o ifadə edir.

 

Həsən Raşidi əlavə edir: “Biz insani vəzifəmizi yerinə yetirdik. Arzumuz budur ki, bu iş olsun və elə tədbirlər görülsün ki, bizim məhbuslarımız bu təhlükədən qurtulsunlar. Bu həm məhbuslar və ailələri üçün yaxşıdır,

həm də, dünyada onlar ki, İranın vəziyyətinə nəzər salırlar, İranın məhkəmə sistemi onların da müsbət nəzərini qazanar. Bizim ümidimiz var ki, bu iş olsun. Bu ümid əsasında məktubu yazmışıq.”

 

Müsahibənin Audiosunu dinləmək üçün qaynağımız olan aşağıdakı Link-ə müraciət edə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/hasan-rashidi/5324021.html

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizin cümə imamından iddia: "İranın bölgədəki gücü Rusiyanı bizimlə münasibətlər qurmağa məcbur edib"

2022-01-21

gun az article

Həmədanda məktəblilər arasında narkotikaya meyillənənlərin sayı artıb

2022-01-21

gun az article

Şərqi Azərbaycanda sahibkarların fəaliyyətinə əngəllər yaradılır

2022-01-21

gun az article

Qəzvin xəstəxanalarının 80 faizi istifadəyə yararsızdır

2022-01-21

gun az article

Şərqi Azərbaycanda həbslər: Korrupsiyada ittiham olunan hökumət məmurları saxlanılıb

2022-01-21

gun az article

Ərdəbildə yollar bağlanıb- Qar təmizləyən texnika çatışmır-VİDEO

2022-01-21

gun az article

Şərqi Azərbaycanın 12 qeyri-maddi mədəni irs nümunəsi milli əsərlər siyahısına salınıb

2022-01-21

gun az article

Təbriz metrosu üçün nəzərdə tutulan vaqonlar Şiraza verildi-VİDEO

2022-01-21

gun az article

Ərdəbil mollasından Azərbaycan Respublikasına məsləhət: "Şiəlikdən yetərincə istifadə edilməlidir"

2022-01-21

gun az article

“Kəndin un problemini siyasiləşdirməyin”- Qoşaçayda etiraz aksiyası keçirilib

2022-01-21

gun az article

Ətraf mühit fəalları Təbriz İES-i rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırıb

2022-01-21

gun az article

Tehranda İbrahim Rəisiyə qarşı şüarları səsləndirild-VİDEO

2022-01-20

gun az article

Qəzvində təbii fəlakətdən zərər çəkənlərin təzminatı ödənilmir

2022-01-20

gun az article

Ərdəbildə mədəniyyət və incəsənət kompleksinin tikintisi yarımçıq qalıb

2022-01-20

gun az article

"Azərbaycanın haqqını yeyərək həyasızlaşıblar"- Millət vəkili Kirmanın nümayəndəsinə cavab verdi

2022-01-20

gun az article

Türkiyənin Təbrizdəki baş konsulu: “Türkiyəlilər təbrizliləri özlərinin qardaşı sayır”

2022-01-20

gun az article

Qəzvinin 4 qeyri-maddi mədəni irsi milli əsərlər siyahısına salınıb

2022-01-20

gun az article

Xamneyinin nümayəndəsindən Azərbaycana və Türkiyəyə qarşı əcaib ittiham

2022-01-20

gun az article

Güclü qar səbəbindən Güney Azərbaycanda məktəblər bağlanıb- Minlərlə avtomobil yollarda qalıb-VİDEO

2022-01-20

gun az article

Güney azərbaycanlı gənc dünyanın altıncı ən yaxşı futzalçısı seçilib

2022-01-20