Həsən Ruhani ETTELAAT-a Zəriflə bağlı göstəriş verdi: Səs yazısı qalmaqalı böyüyür - YENİLƏNİB

2021-04-27 15:44

İran prezidenti Həsən Ruhani ETTELAAT Nazirliyinə Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin ölkənin bir sıra daxili və xarici siyasəti barədə 3 saatlıq gizli səs yazısını mediaya sızdıranları müəyyənləşdirmək üçün göstəriş verib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə İran hökumətinin sözçüsü Əli Rəbii bu gün mediaya açıqlamasında məlumat yayıb. 


Zəriflə uzun müsahibənin İranın prezident aparatının strateji araşdırmalar mərkəzinin nəzarəti altında aparıldığını, sonradan isə səs yazısının ETTELAAT Nazirliyindən oğurlandığını bildirən Əli Rəbii, onun mediaya sızdırılmasını kimlərinsə “məkrli planı” adlandırıb.


“Hökumət Xarici İşlər naziri Mhəmməd Cavad Zərifin İraq səfərindən qayıtmasını, bununla bağlı ortaya çıxmış bir sıra anlaşılmazlıqların aradan qaldırılması üçün lazımlı izahatlar verməsini gözləyir”, -deyə İran hökumətinin sözçüsü Əli Rəbii bildirib.


Qeyd edək ki, İranda islahatçılara yaxın olan universitet müəllimi, jurnalist və iqtisadi təhlilçi Səid Leylaz cari ilin mart ayında Məhəmməd Cavad Zərifdən təxminən 7 saatlıq müsahibə alıb.


Həmin müsahibənin isə 3 saatı aprelin 25-də Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən və Londondan yayılan farsdilli “İran İnternational” telekanalında yayılıb. Müsahibənin səs yazısının kimlər tərəfindən Səudiyyə Ərəbistanına bağlı bir telekanala sızdırıldığı hələlik bəlli deyil.


Yayılan üç saatlıq müsahibədə Məhəmməd Cavad Zərif, “Sepah”ın “Qüds” briqadasının İraqda öldürülmüş keçmiş komandanı Qasım Süleymanidən danışıb. O, İran Xarici İşlər Nazirliyinə əsasən “Sepah”ın “Qüds” briqadası və onun komandanı Qadım Süleymaninin  rəhbərlik etdiyini bildirib.


Zərif həmçinin Qasım Süleymaninin İran Xarici İşlər Nazirliyinə cavabdeh olmadan ayrıca şəkildə Rusiya ilə münasibətlər qurmasından və ümumiyyətlə İranın xarici siyasətinin, o cümlədən də Suriyada, Livanda, Yəməndə və digər yerlərdə apardığı siyasətin məhz Qasım Süleymani və "Sepah"ın "Qüds" briqadası tərəfindən təyin edilməsindən gileylənərək, ölkə diplomatiyasının "Sepah"ın regionda apardığı militarist siyasətinin qurbanına çevrildiyini bəyan edib.


Səs yazısında həmçinin Qasım Süleymani ilə rəsmi Moskvanın İranla Qərb arasında aparılan nüvə danışıqlarının nəticə verməsinə meyilli olmadığını və müzakirələrin uğursuz alınması üçün Rusiyanın müxtəlif maneələr ortaya atdığını vurğulayan Zərif, Qasım Süleymaninin bir neçə il əvvəl Moskvaya səfərinin də məhz Rusiya hökumətinin iradəsi və istəyi ilə gerçəkləşdirdiyini bildirib. Bununla da Zərif, Rusiyanın anti-Qərb siyasəti yeridən İran hakimiyyətindəki nüfuzuna eyham vurub. 


Səs yazısında bildirilir ki, Qasım Süleymani Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə onunla bir sıra regional məsələlər barədə müzakirələr aparıb, Putini Bəşər Əsəd rejimini qorumaq üçün Suriyaya qoşun yeritməyə və Suriyada "Sepah"ın "Qüds" briqadası qüvvələri ilə koordinasiyalı şəkildə birgə hərəkət etməyə qane edib. 


Səs yazısının digər bir yerində isə, Zərif xarici işlər naziri ola-ola İranın Suriyadakı hərbi mövqelərinə qarşı 200-dən çox hava zərbəsinin məhz İsrail tərəfindən endirildiyini ilk dəfə Amerikanın keçmiş dövlət katibi Con Kerrinin dilindən eşitdiyini bildirərək bundan təəssüf hissi keçirdiyini bəyan edib.


Yayılan gizli səs yazısının başqa bir yerində Zərif Ukraynanın sərnişin təyyarəsinin Tehranın hava limanı yaxınlığında “Sepah” raketləri ilə vurulmasından danışıb. Təyyarənin vurulması xəbərini başqa kanallardan eşitdiyini bildirən Zərif deyib ki, o məsələnin mahiyyəti ilə maraqlanmağa çalışarkən kimlərinsə qəzəbinə tuş gəlib və həmin şəxslər ondan istəyiblər ki, “Twitter”də paylaşım edərək sərnişin təyyarəsinin qəsdən vurulduğunu təkzib etsin. 


Zərifin həmin müsahibəsinin lentə alınan səs yazısının hakimiyyət dairələrindən kənara sızdırılması isə son iki gündə İranın siyasi dairələrində qalmaqala səbəb olub. Bəzi İran rəsmiləri Zərifi “Sepah”ın “Qüds” biriqadasının keçmiş komandanı Qasım Süleymaninin imicinə xələl gətirməkdə, ölkənin isə heysiyyətinə zərbə vurmaqda günahlandırırlar.


İrandakı bəzi siyasi dairələr isə, ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində Zərifin səs yazısının hakimiyyətdəki bəzi qüvvələr tərəfindən qəsdən sızdırıldığını və bu işin arxasında kimlərinsə müəyyən siyasi maraq və hədəfləri olduğunu bildirirlər.

محمدجواد ظریف (وسط) وزیر خارجه ایران و قاسم سلیمانی، فرمانده سابق نیروی قدس سپاه

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın nüvə sazişinin canlandırılması danışıqlarına müvəqqəti ara verilib

2021-06-21

gun az article

"İranın cəllad rejimi ilə nüvə müzakirəsi lüzumsuzdur"-İsrailin Baş naziri

2021-06-21

gun az article

Türkiyə mübarizəni dayandırdı, Uels 1/8 finala çıxdı

2021-06-21

gun az article

Avro-2020-də bir gündə 4 oyun

2021-06-21

gun az article

Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu oldu - VİDEO

2021-06-21

gun az article

Qazaxıstanın xarici işlər naziri Azərbaycana gəlib

2021-06-21

gun az article

Nikol Paşinyan: “Hökuməti təkbaşına formalaşdıracağıq”

2021-06-21

gun az article

Koronavirusun yeni ştamı peyda oldu

2021-06-21

gun az article

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

2021-06-21

gun az article

Terrorçu silahlı birləşmənin tərkibində döyüşən daha 13 nəfərin məhkəməsi başlayır

2021-06-21

gun az article

Ermənistanda seçkilər: Paşinyan qalib gəlib, müxalifət nəticələri tanımır

2021-06-21

gun az article

MSK: Seçkilərdə Paşinyanın partiyası liderdir

2021-06-21

gun az article

"Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu

2021-06-20

gun az article

İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya keçirilib - FOTOLAR

2021-06-20

gun az article

"İran xalqı öz rəhbərlərini azad və ədalətli şəkildə seçmək hüququndan məhrum edilib”-Amerika rəsmisi

2021-06-20

gun az article

XİN: Ermənistanın mina xəritələrini verməməsi məcburi köçkünlərin qayıdışını ləngidir

2021-06-20

gun az article

Azərbaycanda koronavirsa yoluxanların sayı açıqlandı: 88 nəfər sağaldı

2021-06-20

gun az article

Beynəlxalq Əfv Təşkilatı İbrahim Rəisi ilə bağlı bəyanat yaydı: "İnsanlığa qarşı törətdiyi cinayətlərə görə mühakimə olunmalıdır”

2021-06-20

gun az article

Polşa NATO sərhədlərini qorumaq üçün türk PUA-larını göndərəcək

2021-06-20

gun az article

Ermənistanda seçki məntəqəsində atışma olub

2021-06-20