SON XƏBƏRLƏR

Həsən Ruhani iddia etdi: Urmu gölü bərpa olunub

2021.10.20, 07:36
Həsən Ruhani iddia etdi: Urmu gölü bərpa olunub

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhani Urmu gölünün bərpa olunduğunu və 14 milyon əhalinin duz fırtınası təhlükəsindən qurtarıldığını iddia edib.

 

O bu barədə oktyabrın 15-də Şərqi Aralıq dənizi bölgəsi ölkələrinin səhiyyə nazirlərinin Tehranda keçirdiyi konfransda çıxış edib.

 

“Hökumətin birinci qərarı Urmu gölünün bərpa edilməsi məsələsi olub. Artıq problem öz həllini tapıb. Biz bununla 14 milyon əhalini duz fırtınası təhlükəsindən qurtardıq. Bu istiqmaətdə addım atılmasaydı, bu gün Təbriz adında bir şəhər olmazdı.”- deyə prezident bildirib.

 

Urmu gölünün vəziyyəti ilə bağlı açıq-aşkar yalan iddia ilə çıxış edən Həsən Ruhani vurğulayıb ki, bu günədək göl bərpa olunmasaydı, indi İranın qərb bölgəsindən 14 milyon insan köçmüşdür və bölgədəki bütün bağ və əkin sahəsi məhv olub sıradan çıxmışdır.

 

Qeyd edək ki, Urmu gölü son illərdə yağıntıların azalması, gölə axan çayların üzərində bəndlərin tikilməsi, ətrafdakı sulardan düzgün istifadə edilməməsi və s. kimi səbəblərə görə böhran içindədir. İran rejimi böhranı aradan qaldırmaq üçün heç bir addım atmır. Bu il yağıntıların və sel sularının artması nəticəsində göldə suyun səviyyəsi müəyyən qədər yüksəlib. İran rəsmiləri, o cümlədən ölkə prezidenti Həsən Ruhani göldə vəziyyətin nisbətən yaxşılaşmasından sui-istiofadə edərək bu işdə hökumətin əməyi olduğunu iddia edirlər. Lakin bölgə əhalisi dövlət rəsmilərinin bu kimi yalanları ilə çoxdan tanışdır və hər şeyin fərqindədir.

Əslində Urmu gölü hələ də böhran içində və qurumaq təhlükəsi ilə üz-üzədir. Bölgə əhalisi və bəzi yerli məsullar göldə vəziyyətin yenidən pisləşəcəyi barədə xəbərdarlıq edərək dövləti bu istiqamətdə tədbir almağa çağırırlar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar