Həsən Ruhani Nikol Paşinyana zəng edib: “Azərbaycanla Ermənistan arasında ixtilafların həlli üçün kostruktiv rol oynamağa hazırıq”

2020-09-30 17:01

İran prezidenti Həsən Ruhani bu gün Ermənistanın baş naziri Nikol Paşinyana zəng vuraraq, Qarabağ ətrafında gedən hərbi münaqişə barədə danışıqlar aparıb.

Gunaz.tv Quote | Gunaz article


 İranın “İsna” xəbər gentliyinin yaydığı xəbərə əsasən, Həsən Ruhani Nikol Paşinyanla telefon danışığında iki qonşu ölkə olan Azərbaycanla Ermənistan arasında baş verən hərbi qarşıdurmadan nigaran olduğunu bildirib.


Yayılan məlumata görə, İran prezidenti Paşinyanla telefon danışığında regionda sülh və sabitliyin bərqərar olmasının əhəmiyyətini vurğulayıb: “Hesab edirik ki, müharibə və qarşıdurma mövcud ixtilaf və problemlərin çözülməsi üçün münasib həll yolu deyil və yalnız vəziyyətin daha da mürəkkəbləşdirilməsinə səbəb olur.


Güman edirəm ki, stabillik və təhlükəsizlik inkişafa şərait yarada bilər və regionumuz artıq yeni bir savaşa dözməyə qadir deyil. Bizim üçün əhəmiyyət daşıyan məsələ bu hərbi qarşıdurmaların dayandırılmasıdır. Ermənistan və Azərbaycandan da gözləntimiz odur ki, özlərindən dözümlülük nümayiş etdirməklə daha təmkinlə bu istiqamətdə addım atsınlar.


Arzu və istəyimiz budur ki, bu hərbi qarşıdurmalar dərhal dayandırılsın və hamımız region problemlərini beynəlxalq qanunlara uyğun siyasi yollarla həll edə bilək. Biz Azərbaycanla Ermənistan arasında ixtilafların həlli üçün konstruktiv rol oynamağa hazırıq” -deyə, İran prezidenti Həsən Ruhani Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında bildirib.


Bildirilir ki, telefon danışığında Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla ixtilafına hər hansı bir xarici müdaxilədən nigaran olduğunu deyib: “Hesab edirik ki, hər hansı bir gərginlik və hərbi qarşıdurma regionun bütün ölkələrinin ziyanınadır. Məhz buna görə də biz qarşıdurmananın dayandırılması üçün göstərilən hər hansı bir təşəbbüsü müsbət qarşılayırıq” -deyə, Nikol Paşinyan İran prezidenti ilə telefon söhbətində bəyan edib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20

gun az article

Amerika İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 6 Çin şirkətinə qarşı sanksiya qoyub

2020-10-20

gun az article

İranın Əlbürz əyalətində daha 27 nəfər koronavirusdan vəfat edib

2020-10-20

gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19

gun az article

Səid Xətibzadə: “Biz hər iki ölkəyə xəbərdarlıq emişik ki, İran ərazisinə qarşı hər hansı bir təcavüzə uyğun cavab veriləcək”

2020-10-19

gun az article

İranda daha 337 nəfər koronavirusdan vəfat edib, 4251 nəfər virusa yoluxub

2020-10-19

gun az article

Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri humanitar atəşkəsin birinci günü Azərbaycanın 5 rayonuna 229 mərmi atıb

2020-10-19

gun az article

Prezident: Cəbrayıl rayonunun 13 kəndi işğaldan azad edilib

2020-10-19

gun az article

Düşmənin 527-ci alayının taboru döyüşməkdən imtina etdi

2020-10-18

gun az article

İranda daha 252 nəfər koronavirusdan ölüb, 3890 nəfər xəstəliyə yoluxub

2020-10-18

gun az article

XİN: Humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir

2020-10-18

gun az article

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

2020-10-18

gun az article

Düşmənin bu texnikaları da məhv edildi - Siyahı

2020-10-18

gun az article

MN: Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

2020-10-18