SON XƏBƏRLƏR

Həsən Ruhanini qarşılamaq üçün ətraf şəhərlərdən Təbrizə insanlar gətirilib – VİDEO

2021.10.20, 07:36
Həsən Ruhanini qarşılamaq üçün ətraf şəhərlərdən Təbrizə insanlar gətirilib – VİDEO

Gunaz.tv

GünAz TV: Təbrizə səfər edən İran prezidenti Həsən Ruhaninin aprelin 24-dəki çıxışı zamanı Təxti stadionu boş görünməsin deyə stadiona ətraf şəhərlərdən çox sayda insanlar gətirilib.

 

Dövlət orqanları Ruhaninin Təbrizdə soyuq qarşılanacağını əvvəldən proqnozlaşdırdığı üçün önləyici tədbir kimi bu üsuldan istifadə ediblər.

 

Ən çox Sarab, Miyana və Marağa şəhərlərindən Təbrizə gələn avtobusların videosu çəkilib. Avtobuslarda əsasən təhlükəsizlik qüvvələrinin üzvləri və hökumət işçiləri olub.

 

Təbrizdən Ruhaninin çıxışı üçün stadiona gedənlərin də əksəriyyəti hökumət məmurları olub. Onlar məcburi şəkildə İran prezidentini qarşılamağa gediblər. Şərqi Azərbaycan Təhsil Şöbəsi isə valiliyin göstərişi əsasında şagird və müəllimləri Ruhaninin çıxış etdiyi məkana getməyə məcbur edib.

 

Aşağıdakı videolarda ətraf şəhərlərdən Təbrizə üz tutan avtobusları görmək mümkündür:

https://www.youtube.com/watch?v=C-cNaaw9GMc

https://www.youtube.com/watch?v=pAHJC4dn8qg

https://www.youtube.com/watch?v=rb4mWTRQebE

 

Məcburi şəkildə stadiona gətirilən insanların bir çoxu  Ruhaniyə etiraz olaraq stadionu tərk edir:

https://www.youtube.com/watch?time_continue=6&v=OHzoQ6-0wZQ

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar