SON XƏBƏRLƏR

Həsən Ruhaninin çıxışı zamanı “Traxtur” komandasına dəstək verildi – Xoy şəhərində / VİDEO

2021.10.20, 07:36
Həsən Ruhaninin çıxışı zamanı “Traxtur” komandasına dəstək verildi – Xoy şəhərində / VİDEO

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, İran prezidenti Həsən Ruhani noyabrın 19-da Qərbi Azərbaycan Əyalətinin Xoy şəhərində səfərdə olub.

 

Rejimin bütün səylərinə baxmayaraq yerli əhali prezidenti olduqca soyuq qarşılayıb. Təhlükəsizlik qüvvələri vəziyyəti rejimin xeyirinə dəyişmək məqsədi ilə çox sayda məktəblini zorla prezidentin çıxış etdiyi stadiona gətirib. Bu məqsədlə ətraf məntəqələrdə, xüsusi ilə də Sərdəşt şəhərində yaşayan mühacir kürdlər avtobuslarla stadiona daşınıb. Bütün bunlara baxmayaraq soydaşlarımız etiraz səslərini qaldırıb, Azərbaycan və onun milli komandası “Traxtur”a dəstək nümayiş etdiriblər.

 

Həsən Ruhaninin səfəri zamanı Xoyda Cavad Əhmədi Yekanlı və Vəhid Nəcəfi adlı iki azərbaycanlı fəal Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.

 

Video:

https://www.youtube.com/watch?time_continue=15&v=U5Cia22GPd4

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar