SON XƏBƏRLƏR

Həsən Ruhaninin İnstaqram səhifəsi kürd rəqsi və musiqisini Azərbaycan incəsənəti kimi təqdim edib – GÖRÜNTÜ

2021.10.20, 07:36
Həsən Ruhaninin İnstaqram səhifəsi kürd rəqsi və musiqisini Azərbaycan incəsənəti kimi təqdim edib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhani Təbrizə etdiyi iki günlük səfəri başa vurduqdan sonra onun İnstaqram səhifəsi və xəbər agentliyi kürd rəqsi və musiqisini Şərqi Azərbaycanın yerli incəsənəti kimi təqdim edib.

 

Bu, Həsən Ruhani çərşənbə günü Təbrzidən etirazlarla yola salındıqdan sonra baş verib.

 

Prezidentin İnstaqram səhifəsi və xəbər agentliyində kürd rəqsi və musiqisini əks etdirən çox sayda görüntü yayılıb. Görüntülərin Şərqi Azərbaycana aid olduğu bildirilib.

 

Azərbaycanlılar isə Təbrizdə kürd rəqsinin nümayiş etdirilməsi və bu məlumatın prezidentin İnstaqram səhifəsində əks olunmasına kəskin etiraz ediblər. Həsən Ruhaninin İnstaqram səhifəsində minlərlə “Azərbaycanı görməyə gözü olmayan prezidentə ölüm olsun!”, “Azərbaycanın kürdü yoxdur”, “Bu torpaqdan pay olmaz, Azərbaycan Kürdistan olmaz”, “Ruhani, kürd rəqsi nə zamandan Azərbaycanın yerli rəqsi olub?!” və s. kimi komentlər dərc olunub.

 

Bəzi fars irqçiləri isə azərbaycanlıların haqlı etirazlarına bayağı söyüşlərlə cavab verib, öz prezidentlərinin qərəzli mövqeyini dəstəkləyiblər.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar