SON XƏBƏRLƏR

Həsən Ruhaninin qadın müavinin geyimi “Sepah”ın hiddətinə səbəb olub

2021.10.20, 07:36
Həsən Ruhaninin qadın müavinin geyimi “Sepah”ın hiddətinə səbəb olub

Gunaz.tv

GünAz TV: “Sepah” terror təşkilatı özünə məxsus saytlardan birində İran prezidenti Həsən Ruhaninin müavini olan Laya Cüneydinin geyimini tənqid edib.

 

Diplomatik missiya çərçivəsində Yaponiyaya səfər edən xanım Cüneydinin geyimini “Sepah” terror təşkilatı “İslam Respublikasının prinsip və qaydalarına zidd” adlandırıb.

 

“Sepah” həmçinin bu cür halların bundan sonra diplomat qadınların geyim formalarının dəyişdirilməsinə rəvac verə biləcəyi “təhlükəsi”nin mövcud olduğunu deyib.

 

“İranlı və müqavimət simvolu olan qadın diplomatlar xarici diplomatik səfərlərdə çadır geyinməlidirlər. Görünür prezidentin hüquqi məsələlər üzrə müavini (Laya Cüneydi-red.) prinsipləri bu cür pozmaqla, gələcəkdə qadınların diplomatik geyimlərinin bu formada olmasına çalışır”,- deyə “Sepah”ın dərc edilmiş etiraz məqaləsində vurğulanır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar