SON XƏBƏRLƏR

Həsən Ruhaninin təxirə salınan Qərbi Azərbaycan səfəri bu tarixdə baş tutacaq

2021.10.20, 07:36
Həsən Ruhaninin təxirə salınan Qərbi Azərbaycan səfəri bu tarixdə baş tutacaq

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhaninin 3 dəfə təxirə salınan Qərbi Azərbaycan səfəri ilə bağlı yeni xəbər yayılıb.

 

Bu barədə Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri İran mətbuatına məlumat verib.

 

Onun sözlərinə görə, prezident gələn həftə noyabrın 19-da Qərbi Azərbaycan Əyalətinə səfər edəcək.

 

Həsən Ruhaninin bir neçə layihənin açılışı mərasimində iştirak edəcəyi gözlənilir.

 

İran prezidentının Qərbi Azərbaycan Əyalətinə səfəri oktyabrın 23-nə təyin olunmuşdur, lakin səfər müxtəlif bəhanələrlə 3 dəfə təxirə salınıb.

 

Həsən Ruhaninin bölgəyə səfəri o halda təxirə salınıb ki, Qərbi Azərbaycanda işsizlik problemi, bir çox sənaye və  istehsal müəssisəsinin bağlanması, Urmu gölü böhranı, uzun illərdir bir çox layihədə işlərin dayandırılması və s. kimi problemlər hökm sürür.

 

Qərbi Azərbaycan Valiliyinin son günlərdə açıqladığı məlumata görə, böhran içində olan Urmu gölünə baxış keçirmək Həsən Ruhaninin səfər proqramında yer almayıb. Bu səbəbdən prezidentin Qərbi Azərbaycanda etirazla qarşılanacağı gözlənilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar