Şərqi Azərbaycanın təcili tibbi yardım mərkəzinin sözçüsü, Marağa-Haştərud magistralında baş verən avtomobil qəzasında üç nəfərin ağır yaralandığını söyləyib.
Gunaz.tv
Qəzanın təfərrüatlarını izah edən “Vahid Şadiniya” deyib ki, 6 noyabr cümə axşamı, günorta saatlarında "Marağa-Həştərud" yolu, “Qoyun Qışlağı” üç yolunda avtomobil qəzası xəbəri alan fövqüladə hallar və təcili tibbi yardım işçiləri hadisə yerinə getdilər. Minik avtomobilinin aşması və 3 nəəfər ağır yaralanmasına səbəb yolların buz bağlaması və lazimi texnikanın olmaması səbəbindən yolların qardan təmizlənməməsi olub.
O əlavə edib ki, qəzada yaralanan iki nəfər ilkin yardımdan sonra amblator müalicə üçün evə buraxıldı. Başqa 3 nəfər isə Həştərudun “İmam Hüseyn” xəstəxanasına köçürüldü.
C.E