SON XƏBƏRLƏR

“Heyran gədiyi”ndə tikiləcək Gilan Əyalətinin giriş qapısının dizayn layihəsi hazırlanıb – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
“Heyran gədiyi”ndə tikiləcək Gilan Əyalətinin giriş qapısının dizayn layihəsi hazırlanıb – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”nin Gilan Əyalətinə ilhaq edilməsi ilə bağlı cəhdlər sistemli plan əsasında davam edir.

 

Son məlumata görə, Gilan Əyalətinin giriş qapısının dizayn layihəsi artıq hazırlanmaq üzrədir. Gilan rəhbərliyinin bundan əvvəl verdikləri açıqlamalara görə qapı Nəmin tunelinin çıxışında, yəni “Heyran gədiyi”nin başlanğıc nöqtəsində inşa ediləcək.

 

Artıq qapının dizayn layihəsinin “Keyvani və həmkarların memarlıq studiyası” şirkəti tərəfindən təklif olunduğu bildirilir.

 

Bundan əvvəl Astara Şəhər İcra Hakimiyyətinin yerli olmayan başçısı Yunis Rənckeş Gilan Əyalətinin “Heyran gədiyi”ndə tikiləcək qapısının dizayn layihəsi və inşaat işlərinə hazırlıqlar getdiyini açıqlamışdır.

 

O həmçinin bildirmişdir ki, Gilan Əyalətinin giriş qapısı elə bir şəkildə olacaq ki, onu kimsə dağıdıb vəya üzərindəki yazıları silə bilməsin. Y.Rənckeş bu sözləri ona görə bildirmişdir ki, son həftələrlə “Heyran gədiyi” məntəqəsində quraşdırılan lövhələrin əksəriyyəti azərbaycanlı fəallar tərəfindən məhv edilərək sıradan çıxarılıb.

 

Astara Şəhər İcra Hakimiyyətinin başçısı açıqlamaların birində həmçinin qeyd etmişdir ki, “Heyran gədiyi” ilə bağlı görülən işlər dövlətin proqramı əsasında irəlləyir.

 

Xatırladaq ki, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə çox sayda lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib.

 

Ərdəbil Əyalətinə edilən ərazi iddiası azərbaycanlı gənclərin kəskin etirazı ilə qarşılanıb, qısa müddətdə lövhələrin üzərindəki yazılar gənclər tərəfindən silinərək oxunulmaz hala salınıb, onların bir neçəsi isə aşağı endirilib.

 

https://www.youtube.com/watch?v=y3qXSN6lT-g

 

 

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar