SON XƏBƏRLƏR

Şəhid olan əsgər Anar Kazımovla Şəmkirdə vida mərasimi keçrilir

2022.08.04, 07:08
Şəhid olan əsgər Anar Kazımovla Şəmkirdə vida mərasimi keçrilir

Gunaz.tv

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən mövqelərimizi intensiv atəşə tutması nəticəsində şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlunun cənazəsi anadan olduğu Şəmkir rayonunun Qaracəmilli kəndinə gətirilib.

Şəhid əsgərlə doğulduğu evdə keçirilən vida mərasimində yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Şəhid Anar Kazımov Qaracəmilli kənd qəbiristanlığında dəfn olunacaq. (APA)

Anar Kazımov 4 ay əvvəl hərbi xidmət yollanıb.

Allah rəhmət eləsin!

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar