SON XƏBƏRLƏR

Hillari Klinton: İran Türkiyəyə qarşı bütün gücü ilə hücum çəkir

2021.10.20, 07:36
Hillari Klinton: İran Türkiyəyə qarşı bütün gücü ilə hücum çəkir

Gunaz.tv

GünAz TV: ABŞ dövlət katibi (Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri) Hillari Klinton İranın Türkiyəyə qarşı aqressiyasından (saldırqanlığından, təhacümündən) danışıb.

Dövlət katibi bildirib ki, Türkiyənin öz ərazisində NATO-nun Raket Əleyhinə Müdafiə (RƏM) sistemini yerləşdirməyə razılıq verməsi Tehranı qəzəbləndirib. Bundan başqa, Türkiyənin İslam ölkəsi olduğu halda dünyəvi dövlət modelinə söykənməsi də İranın aqressiyasını artırır.

 “İran Türkiyəyə qarşı bütün gücü ilə hücum çəkir, aqressiv davranır. Türkiyə isə İranla uzun bir sərhədi olduğunu nəzərə alıb münasibətləri yaxşılaşdırmağa çalışır. Lakin heç kim İran qarşısında təhlükəsiz vəziyyətdə deyil. İran öz məntiqinə görə bölgədə hər kəslə rəqabət aparır”, - deyə Klinton bildirib.

Dövlət katibi Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə İranın sui-qəsd hazırlaması iddialarını da təkrarlayıb və bildirib ki, sui-qəsd planının (tərhinin) üstünün açılması bir çox ölkədə İrana qarşı olan şübhələri gücləndirəcək. Azadlıq qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar